“Təhsil müəssisələrinin maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq”-SAMİR ŞƏRİFOV

Təhsil sahəsində əksər müəssisələr publik hüquqi şəxs statusuna malik olacaq və onların maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.

“Bütün problemləri eyni zamanda həll etməyə heç bir dövlətin maddi imkanı çatmaz. Azərbaycan da burada istisna deyil”-deyən nazir bildirib ki, heç şübhəsiz ki, müəyyən edilən hədəflərin təmin edilməsi üçün bizə müəyyən resurs zərfi lazımdır:

“Bunun üçün həm maliyyə resursları, həm intellektual, həm də texniki resurslara ehtiyac yaranacaq”.

Nazir qeyd edib ki, bir çox publik hüquqi şəxslər vaxtilə dövlət büdcəsinin tərkib hissəsi olub və bu gün onların statusu dəyişdirilib:

“Bu gün bu proses davam edir. Müəyyən edilib ki, təhsil sahəsində əksər müəssisələr publik hüquqi şəxs statusuna malik olacaq və onların maliyyələşməsi başqa prinsiplər əsasında qurulacaq”.

Etikxeber.az

Read Previous

Xalq rəssamı 1-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF EDİLDİ

Read Next

Daha 1904 yeni yoluxma-DAHA 29 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir