“1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq”-TƏHSİL NAZİRİ – BRİFİNQ – YENİLƏNİB – (5)

Emin ƏMRULLAYEV: “Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq”

Təhsil naziri Emin Əmrullayev yeni dərs-tədris ilinin başlanmasına həsr olunmuş brifinq keçirir.

Etikxeber.az brifinqdən canlı yayımı təqdim edir:

https://www.facebook.com/watch/live/?v=4110689312393508&ref=external

14:18

***

“Ənənəvi təhsil mərhələlərlə təşkil olunacaq”.

Bunu təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, 1-4-cü siniflər 22 sentyabrdan, 5-11-ci siniflər və ali məktəblər isə 29 sentyabrdan ənənəvi təhsilə başlayacaq.

“Gundəlik yoluxanların 8 faizə qədərini şagirdlər təşkil edir”-deyən nazir bildirib ki, gün ərzində 10 faizə qədər yoluxma məktəblərdə olan müəllim və şagirdlər arasında olur: 

“Növbəti həftələrdə proqnozlaşdırırıq ki, daha az yoluxma sayı görəcəyik”.

14:27

***

Sonra “Ən vacib məsələlərdən biri vaksinasiya məsələsidir”-deyən nazir qeyd edib ki, aprel-may aylarında təhsil müəssisələrinin 80 faizinin vaksin olunması əsas şərt kimi qoyulurdu:

“İndiyədək 169 862 təhsil işçisi vaksinasiyadan keçib”.

Nazir “Məktəblərin açılıb dərhal bağlanmasındansa, davamlı fəaliyyəti təşkil etmək daha düzgündür”-deyərək, onu da bildirib ki, bir həftəni digər tətil günləri ilə əvəzləmək olar:

“Davamlılıq baxımından bir qədər gözləyib, 1 həftə gec başlayırıq. 1 həftə ərzində vaksinasiya nəticəsində daha çox insanda immunitet yaranacağını düşünürük”.

14:37

***

Nazir eyni zamanda deyib ki, ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinədirlər.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır:

“Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq”.

14:40

***

Nazir sonra “Distant və ya hibrid təhsil nazirliyin xüsusi sevimli forması deyil”-deyib və bildirib ki, bu, ötən il ən optimal forma idi:

“Ənənəvi təhsilə qayıtmaq o demək deyil ki , pandemiya bitib. Vaksinlənmə faizləri artdıqca vəziyyət yaxşıya doğru dəyişməlidir. Məktəblərdə yoluxma halları baş verəcəksə, məktəblər üzərindən həmin yerlərə uyğun qərar veriləcək. Bir şagird yoluxubsa, buna əsasən sistem üzərindən ümumi qapanmaya ehtiyac yoxdur”.

Bununla yanaşı nazir deyib ki, özəl məktəblərin pandemiyadan əvvəlki dövrdə təqvimləri dövlət müəssisələrindən fərqlənir.

Nazir bildirib ki, onlarda tədris müddəti daha uzun olur:

“Məktəbləri tez açdıqda daha çox yoluxma olur deyə, qaydalar onlara da şamil edilir. Riskləri qiymətləndirib tədrisin başlamasını planlaya bilərlər. Özəl məktəblər daha kiçikdir, say etibarilə azdır. Onlar özləri qərara verib, 1-2 həftə daha tez başlaya bilərlər. İstədikləri halda gec də başlaya bilərlər”.

14:45

***

“Dərs vaxtı təhsil işçisinin və şagirdin hərarəti qalxsa, məktəblərdə xüsusi otaqlar hazırlanıb. O şəxs dərhal izolyasiya otağına yerləşdirilir”.

Bunu isə Təhsil nazirinin müşaviri Rüstəm Ağayev brifinqdə deyib.

Bildirib ki, əgər hansısa məktəbdə yoluxma varsa, Gigiyena və Epidemiologiya mərkəzinə və məktəb rəhbərliyinə məlumat verilir:

“Mərkəz tərəfindən araşdırma aparıldıqdan sonra qərar verilir ki, sinif, yoxsa məktəb bağlanır”.

R.Ağayev valideynlərə də müraciət edib:

“Məktəbdə prosesi qururuq, amma bəzən olur ki, məktəb qarşısında sıxlıq olur. Valideynlərdən xahiş edirik, sosial məsafəni qorusunlar. Ötən il valideynlər iltizam forması doldurmusdu. Bəzi vaxtlarda Covid olan valideynlər uşaqlarını məktəbə göndərirdilər. Bununla bağlı valideynləri məsuliyyətli olmağa çağırıram”.

14:51

***

“Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik”-deyən nazir həmçinin bildirib ki, vətəndaşların müəyyən məkanlara daxil olması üçün onlardan COVID-19 pasportu tələb olunur ki, bu prosesə də aidiyyəti qurumlar nəzarət edir:

“Biz Təhsil Nazirliyi olaraq şagirdlərin valideynlərindən COVID-19 pasportu tələb etmirik. Lakin düşünürük ki, hər bir vətəndaş vaksinasiya prosesinə aktiv qoşulmalıdır. Valideyn məktəb binasına daxil olursa, məsuliyyəti dərk edərək vaksin olunsa, yaxşıdır”.

Nazirin dediyinə görə, müəllimlərin dərsə cəlb olunması COVİD pasportu və əks göstəriş sertifikatı əsasında olacaq.

Nazir bildirib ki, ali təhsil müəssisələri ilə peyvənd olunmayan tələbələrin məsələsi müzakirə olunur:

“Tələbələrin təhsil alma hüququnu tanıyırıq. Yaxın günlərdə bununla bağlı ictimaiyyətə çatdıracağıq. Amma hər bir kəsi vaksinasiyadan keçməyə çağırırıq”.

Etikxeber.az

Read Previous

“İdman sahəsində buraxılan nöqsanlar da ciddi araşdırılmalıdır, ciddi təhlil aparılmalıdır…. Xüsusilə Olimpiya Oyunlarına hazırlıq dövründə bəzi federasiyalarda işlər qeyri-qənaətbəxş olmuşdur və bütün federasiyalarda mövcud olan vəziyyət ciddi təhlil edilməlidir…”-PREZİDENTDƏN YENİ GƏNCLƏR VƏ İDMAN CİDDİ NAZİRİNƏ TAPŞIRIQ – YENİLƏNİB – (1)

Read Next

“Yaxın gələcəkdə müəllimlərin sertifikasiyasını keçirməyi planlaşdırırq”-EMİN ƏMRULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir