“Təhsil Nazirliyi və onun müvafiq şöbəsi nə işlə məşğuldur və 20 Yanvarla bağlı təxribatı nədən “görməz” olublar?”-MƏLAHƏT İBRAHİMQIZI ÜSYAN ETDİ, DTX-YA SƏSLƏNDİ

Hesab edirəm ki, orta məktəblər üçün hazırlanan bütün orta məktəb dərslikləri Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi labaratoriyasından keçməlidir. Necə ki, belə labaratoriyalar Sovet dönəmində də fəaliyyət göstərirdi və bu gün bir çox ölkələrdə də mövcuddur.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

“SPACE” kanalında orta məktəb dərsliklərində, daha doğrusu rus bölməsi, IV sinif şagirdləri üçün Rus dili dərsliyində Sovet Ordusunun 20 yanvar 1990-ci il tarixində Bakıda törətdiyi hərbi cinayəti və kütləvi qırğını Azərbaycan xalqının xilası kimi verilməsi həqiqətən də yumşaq desək, xalqımızın təhqir olunması, bu cinayətin qurbanlarına qarşı hörmətsizlik kimi anlamaq olar. Birmənalı olaraq, deməliyik ki, bu fikirlərin daşıyıcısıları kitab müəllifləridir və onların bu düşüncələrinin arxasında heç də xoş niyyət dayanmır. Yaxşı əgər müəlliflər bu düşüncəyə malikdirsə, bəs Təhsil Nazirliyi və onun müvafiq şöbəsi nə işlə məşğuldurlar və nədən görməz olublar?

Əgər Təhsil Nazirliyi milli ideologiyamızın təbliğ olunmasında əsas vasitələrdən olan dərslikləri bugünədək ekspertiza etməyibsə, onda onların işinin adı nədir? ABŞ kimi bir sıra böyük dövlətlərdə belə məktəb dərslikləri federal təhlükəsizlik idarələrinin ekspertizasından keçirilir. Nə vaxtadək dərsliklərimizdə erməni izləri tapılacaq. Bu izləri cığıra, yola çevirmək istiyənlərə nə vaxtadək ideoloji iş etibar ediləcək”-deyən millət vəkilinin sözlərinə görə, maraqlı burasıdır ki, neçə ildir tədris edilən kitabdakı bu təxribatı müəllimlər nədən görmək istəməyib.

“Təhsil Nazirliyi bu təxribatla bağlı ictimaiyyətə açıqlama verməlidir. Möhtərəm Prezidentimiz dəfələrlə öz çıxışlarında tariximizin saxtalaşdırılmasının qəbuledilməz olduğuni,orta məktəb dərsliklərinin gerçək tariximizi tam əks etdirmədiyi fikirlərininin qarşılığı olaraq Təhsil Nazirliyi hansı işləri görüb?!. Hələ də bu sahədə ciddi təxribatların olmasına baxmayaraq, Təhsil Nazirliyi tərəfindən hansı konkret addımların atılması haqqında ictimaiyyətə məlumat verilmir.

Hesab edirəm ki, belə təxribatlar ilk deyil. Bəlkə də kimlərinsə, bu gözəgörünməyən qüvvələrin çirkli niyyətlərini davam etdirməkdə hansısa öhdəlikləri var. Ona görə də hesab edirəm ki, orta məktəblər üçün hazırlanan bütün orta məktəb dərslikləri Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi labaratoriyasından keçməlidir. Necə ki, belə labaratoriyalar Sovet dönəmində də fəaliyyət göstərirdi və qeyd etdiyim kimi, bu gün bir çox ölkələrdə də mövcuddur”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Toylarda karantin qaydalarını pozan 4 nəfər cərimələndi-37 NƏFƏR İSƏ ŞƏNLİYƏ BURAXILMADI

Read Next

Birinci müavin-NAZİR OLDU – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir