“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində Xaçmazda şəhid və qazi ailələrinə-SOVQATLAR PAYLANILDI – FOTOLAR

“Tək millət, tək ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin iş adamlarının iştirakı ilə Xaçmaz rayonunda şəhid və qazi ailələrinə sovqatlar paylanılıb.

Etikxeber.az xəbər verir ki, ötən ilin dekabr ayından həyata keçirilən aksiya çərçivəsində indiyə kimi 32 rayonda, ümumilikdə, 2000-dək şəhid və qazi ailəsi ziyarət edilib, qardaşlıq payları çatdırılıb, onlara mənəvi dəstək verilib.

Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyinin (TÜİB) nümayəndələri Milli Məclisin deputatı Eldəniz Səlimov ilə birlikdə əvvəlcə Xaçmaz şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra şəhid ailələri ilə görüşən qonaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib.

“Tək millət, tək ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi çərçivəsində şəhid ailələrinə ehtiyaclarını ödəyəcək sovqatlar təqdim olunub.

Qeyd edək ki, “Tək millət, tək ürək” beynəlxalq-humanitar qardaşlıq layihəsi Prezident İlham Əliyevin çağırışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər Birliyi tərəfindən həyata keçirilir.

Layihənin məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi qardaşlıq siyasətinə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın irimiqyaslı sosial siyasətinə dəstək verməkdir.

Etikxeber.az

Read Previous

“Xəstəxanalarda doluluq faizi artarsa, xüsusi sərtləşdirilmiş rejimə, ciddi məhdudiyyətlərə getmək məcburiyyətində qalacağıq…”-Prezidentin köməkçisi – Ölkədə xüsusi karantin rejimi iyunun 1-dək uzadıldı – BAYRAM GÜNLƏRİNDƏ İCTİMAİ NƏQLİYYAT İŞLƏMƏYƏCƏK – YENİLƏNİB – (2)

Read Next

“Əfv Sərəncamı dövlət başçısı və xalq arasında birbaşa kommunikasiyanın ali səviyyədə mövcudluğunu bir daha nümayiş etdirmiş oldu”-BƏHRUZ MƏHƏRRƏMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir