Tək övladı, Şəhidi ilə eyni ayda dünyaya gələn Ana…Şəhid anası-Arzu Ana…Yubiley doğum günün mübarək olsun, Qəhrəman Ana!-KAMİL HƏMZƏOĞLU YAZDI

Arzu Fərrux qızı Hüseynova…

Bərdənin Sərkarlar kəndindən olan və İkinci Vətən Müharibəsi Şəhidi Elməddin Hüseynzadənin anası…

Təkbaşına, minbir çətinliklərlə böyütdüyü tək övladını Şəhid vermiş və iki il yarıma yaxındır tək-tənha yaşayan Ana…

Şəhid anası, Yaralı Ana, Dərdli Ana, Qəhrəman Ana…

Analar anası…

4 gün öncə, 1 mart tarixində Şəhid anasının-Arzu xanımın, Arzu Ananın növbəti doğum günü idi…

Özü də “5” rəqəmini qoşalaşdırdığı, yubiley doğum günü…

Elməddini, Şəhidi ilə eyni ayda, martda dünyaya gələn Ananın doğum günüydü…

Bəlkə də kimsə deyə, qınaya bilər ki, Şəhid anası hara, doğum günü hara…

Məgər Şəhid anası o haydadır ki, doğum günü keçirsin və ya doğum günü təbrikləri qəbul etsin…

Kökündən yanlış düşüncədir…

Ən çox doğum günü keçirməyi, ən çox doğum günü təbrikləri qəbul etməyi məhz Vətən yolunda övladını Şəhid vermiş Analar Haqq edir…

Məhz onların Haqqıdır ki, doğum günləri elliklə qeyd edilsin, doğum günlərində çoxsaylı təbriklər alsınlar, təbriklər qəbul etsinlər…

Düzdür, necə oldusa, günləri qarışdırdım, həmin gün, 1 mart tarixində Arzu Ananı təbrik edə bilmədim…

Amma bu gün, 5 mart tarixində-bir qədər gec də olsa, Arzu Ananı təbrik etdim, ona sağlıqlı uzun ömürlər yaşamağı və balasının ruhunu, xatirəsini yaşatmağı arzuladım…

Yaşasın ki, yaşatsın!

Doğum günün bir daha mübarək olsun, Şəhid anası-Arzu Ana!

Doğum günün bir daha mübarək olsun, Yaralı, Dərdli, həm də Qürurlu, Məğur, Dik duruşlu Ana-Elməddinin Anası!

Bütün Azərbaycan sənin doğum gününü təbrik edir, bütün Azərbaycan sənin qarşında baş əyir!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ermənistanın təxribatı nəticəsində daha iki hərbi qulluqçumuz-ŞƏHİD OLDU…

Read Next

“Mirsədi müharibədə olduğunu məndən gizlədirdi…Hər dəfə soruşanda deyirdi ki, ana, Xızıdayam…Amma anayam, bilirdim ki, məndən gizlədir, müharibədədir…”-İKİ OĞLUNDAN BİRİNİ ŞƏHİD VERƏN, İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI MİRSƏDİ BAĞIRLININ ANASI SƏADƏT BAĞIROVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir