Tək övladlarını Şəhid vermiş analar…Sumqayıtlı Rüfət Müstafayevin anası Afət xanım və Bərdəli Elməddin Hüseynzadənin anası Arzu xanım…DƏRDİN VƏ QÜRURUN DOĞMALAŞDIRDIĞI ANALAR… – FOTOLAR – YENİLƏNİB

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin anası-tək övladlarını Şəhid vermiş analar bir araya gəliblər…

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi, minbir çətinliklərlə və təkbaşına böyüdülən Elməddin Hüseynzadənin tək-tənha yaşayan anası Arzu Hüseynova əslən Qubadlılı-Sumqayıt şəhərinin İkinci Qarabağ Savaşı Şəhidi Rüfət Zöhrab oğlu Mustafayevin anası Afət xanımı ziyarət edib…

Rüfət Müstafayev də Elməddin Hüseynzadə kimi evin-ailənin tək övladı, tək oğlu olub…

Rüfət 1996-cı il, Elməddin isə 1998-ci il doğumlu olsa da, eyni ayda-mart ayında dünyaya gəliblər…

Rüfət martın 12-də, Elməddin isə martın 24-də…

Hər ikisinin də qarşıdan növbəti doğum-Cənnətdəki üçüncü ad günləri-mövludları gəlir…

Hər ikisi də eyni istiqamətdə-Ağdərə-Tərtər-Suqovaşan istiqamətində Şəhid olublar…

Elməddin sentyabrın 29-da, Rüfət isə oktyabr ayının 10-da…

Hər ikisi də üç medalla təltif olunublar…

Elməddinin orden Haqqı ötən ilin noyabr ayında tanınsa da, Rüfətin orden Haqqı hələ də tanınmayıb…

Ailəsi, valideynləri isə övladlarının artıq orden Haqqının tanınmasını istəyir və tələb edirlər…

Elməddin orta təhsilli, MAXE, Rüfət isə ali təhsilli, Azərbaycan Ordusun Əsgəri olub…

Hər ikisi də subay olublar…

Hər ikisinin də arzuları, xəyalları yarımçıq qalıb…

***

Rüfətin ocağında bir araya gələn Şəhid anaları söhbətləşib, dərdləşiblər…

Kövrək, duyğulu, təsirli, kəlmələrin aciz qaldığı anlar da yaşanıb…

Zaman-zaman Şəhid anaları, həm də Rüfətin qohumları göz yaşlarına hakim ola bilməyiblər…

Şəhid anaları övladlarının onları bir araya gətirdiyini, doğmalaşdırdığını bildirib və bu cür ziyarətlərin təsəlli, mənəvi təskinlik xarakteri daşıdığını dilə gətiriblər…

Şəhid anaları eyni zamanda, övladlarının-tək oğullarının bir daha Vətən yolunda Şəhid olduqlarını bildirərək, onların unudulmamasını, daim xatırlanmasını, cəmi Şəhidlərə Haqq etdikləri dəyərin verilməsini arzulayıblar…

Allah hər iki Şəhidimizin də məkanını cənnətlik etsin!

Allah tək övladlarını itirmiş hər iki Şəhid anasına da səbr və dözüm versin!

20:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 33 yeni yoluxma-DAHA 1 ÖLÜM…

Read Next

Ailənin 3 övladından biri olan-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ-ŞƏHİD İZZƏT HƏMİDOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 23 YAŞI TAMAM OLUR – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir