“Təkcə hadisəni törədən deyil, rəsmi İran da cavabdehlik daşıyır”-JALƏ ƏLİYEVA

İrandakı Səfirliyimizə xain hücumu hiddətlə qınayırıq. Bu qanlı terror hadisəsi mütləq öz hüquqi qiymətini almalıdır.

Bu barədə Etikxeber.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Qeyd edib ki, bir ölkənin Səfirliyi, həmin ölkənin ərazisi hesab edilir.

“Və bu hadisə də təkcə Səfirliyimizə deyil, ölkəmizə qarşı hücum, terror anlamına gəlir. Bununla da beynəlxalq hüququn bütün normaları pozulub. Təkcə hadisəni törədən deyil, rəsmi İran cavabdehlik daşıyır. Azərbaycana qarşı hər hansı xain, ikiüzlü planı olan hər kəs bir daha bilsin və eşitsin: HEÇ BİR TƏHDİD, HEÇ BİR TƏZYİQ AZƏRBAYCANI ÖZ DOĞRU YOLUNDAN VƏ ƏDALƏTLİ MÜBARİZƏSİNDƏN GERİ ÇEVİRƏ BİLMƏYƏCƏK! Allah Şəhidimizə rəhmət etsin! Başın sağ olsun, Vətən!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Terraktın tezliklə araşdırılmasını və terrorçuların tezliklə cəzalandırılmasını tələb edirik, diplomatik nümayəndəliklərə qarşı terror hücumu qəbuledilməzdir!”-İLHAM ƏLİYEVDƏN İRANA SƏRT ETİRAZ

Read Next

Azərbaycanın İrandakı səfirliyinə xain silahlı hücum: MÜHAFİZƏ XİDMƏTİNİN RƏİSİ QƏTLƏ YETİRİLDİ, İKİ NƏFƏR YARALANDI – XİN MƏLUMAT YAYDI – ÇAVUŞOĞLU TÜRKİYƏNİN AZƏRBAYCANA DƏSTƏYİNİ İFADƏ ETDİ – TÜRKİYƏ SƏFİRLİYİ BAŞSAĞLIĞI VERDİ, SƏFİRLİYİN ƏMƏKDAŞLARI TƏXLİYƏ OLUNUR – FOTOLAR – YENİLƏNİB – (8)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir