Təmayüllü məktəbləri bitirənlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərir – NAZİR

Nazirlər Kabinetinin qərarlarına əsasən 14 kollec birləşdirilərək 7 kollec, o cümlədən 3 regional kollec yaradılıb, 6 kollec profilə uyğun olaraq ali təhsil müəssisələrinin nəzdinə verilib. Həmin kolleclərə ali məktəblərin ixtisasları unitifikasiya olunub.

Etikxeber.az-ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Müəllimlərinin XV qurultayında çıxış edərkən deyib.

Onun sözlərinə görə, növbəti illərdə orta ixtisas təhsili sahəsində kadr hazırlığı və idarəetmə sisteminin qabaqcıl təcrübə əsasında, Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması istiqamətində tədbirlər həyata keçiriləcək.

C.Bayramov qeyd edib ki, son illərdə məktəbəhazırlılığın əhatəliliyi səviyyəsi əsaslı şəkildə artıb. 2020-ci ildə bunun 90 faizə çatdırılması hədəf olaraq seçilib: “Bu tədris ilində 2 140 sinifdə 47 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib ki, bu da 10-11-ci siniflər üzrə təhsil alanların 28 faizini təşkil edib. İlkin təhlillər göstərir ki, təmayüllü məktəbləri bitirən şagirdlər ali məktəblərə qəbulda daha yüksək nəticə göstərirlər”.

Nazir əlavə edib ki, respublika fənn olimpiadalarının iştirakçılarının sayı təxminən 5 dəfə artıb.

Onun sözlərinə görə, son 5 ildə 700 nəfər direktor vəzifəsinə qəbul edilib. 1-ci siniflərə qəbul olan şagirdlərin sayı 230 mindən çox artıb. Son 5 il ərzində şagird-müəllim nisbəti xeyli artıb.

“Təhsildə inkişaf üçün təhsil verənlərin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məsələ Təhsil Strategiyasında da əks olunub”.

bahar xanimmmmmmmmmmmmmm

Bunu isə çıxışında  Milli Məclis  (MM) sədrinin müavini Bahar Muradova deyib.

Vitse-spiker bildirib ki, təhsildə inkişaf üçün təhsilverənlərlə yanaşı ailənin, cəmiyyətin bu işə cəlb edilməsi mütləqdir:

“Övlad yetişdirən valideynlərin müasirləşməsi, hətta övladları ilə birlikdə təhsil almasına diqqət etməliyik”.

MM-də təhsil, elm sahəsinin inkişafı və bu inkişafa təminat verən qanunların qəbuluna toxunan B.Muradova millət vəkillərinin bu məsələyə son dərəcə həssas yanaşdığını deyib:“Xüsusən, son çağırış parlamentdə peşə məktəbləri, orta ümumtəhsil məktəbləri, ali təhsil ilə bağlı qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilib. Bu, həm də millət vəkillərinin təhsil sahəsinə verdikləri önəmlə bağlıdır.Ötən gün parlamentdə 2019-cu ilin büdcə layihəsi müzakirə edildi. Millət vəkillərinin çıxışları bu sahəyə ayrılan maliyyə vəsaitinin artırılmasına səbəb olub. Xüsusən dövlət sifarişi ilə ali təhsil alanların xərcləri artırılıb. Çünki ola bilməz ki, özəl sahədə təhsil alanların sayı dövlət ali məktəblərində təhsil alanlardan çox olsun”.

B.Muradova təhsil müəssisələrinə ailələr tərəfindən maddi yardımların qanuniləşdirilməsini təklif edib:“Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur. Bunun qanunverici əsasını yaratmaq olar. İmkanlı ailələrin təhsil sahəsinə dəstəyinin olması təbii haldır. Hər bir imkanlı valideyn övladının təhsilinə vəsait ayırmaq istəyər”.

Etikxeber.az

Read Previous

Koul “Los Anceles Qalaksi” klubunu tərk etdi və …

Read Next

“Yallı” UNESCO-nun Təcili Qorunma Siyahısına daxil edildi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir