“Tənqidi fikir səsləndirən bütün millət vəkillərinə təşəkkürümü bildirirəm ki…” – RƏHİMZADƏ – YENİLƏNİB (2)

Fəzail İbrahimli: “Əgər millət vəkilləri diqqətlə oxusaydılar görərdilər ki…
Qənirə Paşayeva: “Qanun layihəsini yaxşı oxumuşam və nə dediyimi bilirəm…
“Mən millət vəkillərinin  bələdiyyə qanunvericiliyi ilə bağlı tənqidi çıxışlarına görə, onların hamısına təşəkkür edirəm. O cümlədən, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi ilə bağlı səsələndirdikləri tənqidi fikirlərə görə”.
 Gununsesi.info xəbər verir ki, bu fikri Milli Məclisin (MM)  Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsinin plenar iclasda müzakirəsi zamanı deputatların səsləndirdiyi irad və təkliflərə mövqeyini  sərgiləyrəkən deyib.
Onun sözlərinə görə, millət vəkillərinin bələdiyyə qanunvericiliyi ilə bağlı səsləndirdiyi  tənqidi fikirlər bələdiyyələrə böyük marağın və diqqətin  göstəricisidir.
“Ona görə də bələdiyyə qanunverciliyilə bağlı tənqidi fikir səsləndirən bütün millət vəkillərinə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, əgər bələdiyyələrə belə bir diqqət varsa,  gələcəkdə bu qurumun inkişafına da yardım olacaq”– deyə, komitə sədri vurğulayıb.
Komitə sədri parlamentin plenar iclasında qanun layihəsinin birinci oxunuşu zamanı səslənən  təklif və tənqidi fikirlərin  bir   qisminin   ikinci oxunuşda nəzərə alındığını da qeyd edib:
“Orada səslənən əksər təklif və tövsiyələrin əkəsriyyəti isə bələdiyyələrin fəaliyyəti ilə bağlı digər qanunvericilik aktlarında öz əksini tapıb”.
***
Qanunun layihəsinin müzakirəsi zamanı millət vəkili Fəzail İbrahimli deyib ki, layihə ətrafında suallar millət vəkillərinin qanun layihəsini yaxşı oxumaması nəticəsində məlumatsızlıqdan irəli gəlir:
“Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər millət vəkilləri diqqətlə oxusaydılar görərdilər ki, orada hər suala cavab var. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar”.
 Millət vəkili deyib ki, sənəddə bələdiyyə üzvünün etika qaydalara riayət etməsi, özünün yerini və həddini bilməsi ilə bağlı məsələ də əksini tapıb:
fezail
“Qanun layihəsi deyir ki, yerini və həddini bil. Ağzından çıxan sözə fikir ver. Əgər həddini aşacaqsansa, bil ki səni cəza gözləyir…”.

F.İbrahimlinin bu mövqeyi deputat Qənirə Paşayevanın etirazına səbəb olub.
Qanun layihəsini tam oxuduğunu deyən deputat bəzi məqamlarla razılaşmadığını qeyd edib:

“ Mən bimirəm kim oxuyub, oxumayıb. Amma mən qanun layihəsini yaxşı oxumuşam və nə dediyimi bilirəm.  Mən nə olmasa da, oxumağı yaxşı bilirəm. Elə qanun layihəsini yaxşı oxuduğumdan orada yaranan sullarla bağlı sual ünvanlamışam. Ona aydınlıq gətirlməsini istəmişəm. Bəlkə bilmədiyim məqamlar var və onu öyrənmək istəyirəm?!
Elə götürək qanun layihəsinin 17.2-ci maddəsini. Orada  qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu,peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu, necə ola bilər? Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm”.
 “Kim kimin nüfuzlu və ya peşəkar olmasını kollektivdə müəyyən edə bilər? İnsanın şəxsiyyəti cəmiyyətdə  qarşılıqlı formada bərabərdir və kimsə kimsədən üstün deyil. Bir şəxsin nüfuzu və peşəkarlığı şərtidir. O, dəyişən məsələdir. Kimsə nüfuzludur və ya peşəkardır deyə, etika qaydanı poza bilər, ancaq digəri poza bilməz?! Bu cür yanaşma yanlışlıqdır. Mən bunu fikri qəbul etmirəm”-deyə, Q. Paşayeva sonra sözlərinə əlavə edib. 

“Qanun layihəsində o hansı maddədir, mənim  diqqətimi çəkməyib…”- deyən F. İbrahimli isə həmkarının etirazına cavabında bildirib.
***
kamran
“Bu gün bələdiyyə üzvləri bələdiyyənin fəaliyyətindən, ümumiyətlə, xəbərsizdir və bu, acı reallqıdır”.
Bunu da çıxışı zamanı  millət vəkili Kamran Bayramov deyib.
“Millət vəkili Fəzail İbrahimlinin bir fikri ilə razıyam ki, həqiqətən bu gün bələdiyyə üzvlərinin mütləq əksəriyyəti bələdiyyənin fəaliyyəti ilə bağlı qanunvericilikdən və ümumiyətlə, bələdiyyənin fəaliyyətindən xəbərsizdir. Bu, acı reallaqıdır və biz bunu qəbul etməliyik”- deyən deputat bununla yanaşı sözlərinə əlavə edib ki, yenə də heç olmasa, bələdiyyə sədrləri bələdiyyə qanunverciliyindən və onun fəaliyyət istiqamətindən xəbərdardır.
“Bu da onların gündəlik fəaliyyəti ilə bağlı olduğu üçün qanunlardan xəbərdardırlar. Ona görə də millət vəkili  Fəzail İbrahimli bu deyimində haqlıdır…”- deyə, K. Bayramov bildirib.
Etikxeber.az

Read Previous

Prezident Beynəlxalq Şahmat Federasiyasının prezidentini qəbul etdi – FOTO – YENİLƏNİB

Read Next

Mənzildə 70 yaşlı kişinin meyiti tapıldı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir