“Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur…”-MN – AZƏRBAYCAN ORDUSU YENİ DAYAQ MƏNTƏQƏLƏRİNİ AZAD ETDİ – YENİLƏNİB – (3)

Ermənistan müdafiə nazirliyi növbəti dəfə Cəbrayıl istiqamətində guya bölmələrimizin itkilərə məruz qaldığı barədə dezinformasiya xarakterli məlumat yayıb.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

Məlumatda qeyd edilib ki, Ermənistan tərəfinin yaydığı məlumatlar əsassız və yalandır:

“Cəbrayıl istiqamətində ordumuz əks-hücum əməliyyatlarını uğurla davam etdirir və düşmən üzərində üstünlüyə malikdir”.

***

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur.

MN-dən məlumata görə, Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

10:31

***

Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.

MN-dən verilən məlumata görə, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib.

12:11

***

Tərtər və Füzuli rayonlarının yaşayış məntəqələri Ermənistan ordusu tərəfindən atəşə tutulur.

Bu barədə də MN məlumat yayıb.

15:11

***

“Ermənistan Müdafiə Nazirliyi rəsmilərinin fantaziyaları tükənmir”.

Bu barədə yenə MN-dən bildirilib.

Qeyd olunub ki, işğalçı ordunun uğursuzluqlarından çıxılmaz vəziyyətdə qalan Ermənistan rəsmiləri uydurma və fantastik məlumatlar yaymaqla təsəlli tapırlar:

“Görünən odur ki, Ermənistan ordusunun hər gün itirdiyi mövqeləri bu ölkənin müdafiə nazirliyinin nümayəndəsi virtual aləmdə “qəhrəmancasına geri qaytarmaqla” məşğuldur.

Əslində isə onun hər dəfə bu və ya digər mövqeyin “geri qaytarılması” barədə fantastik məlumatlar verməsi Ermənistan ordusunun həmin mövqeləri itirdiyinin təsdiqidir. Qondarma rejimin və Ermənistan rəsmilərinin biri-birindən fərqli və ziddiyyətli məlumatlar yayması isə ermənilərin bu gün nə qədər acınacaqlı durumda olduğunu bir daha sübut edir”.

Etikxeber.az

Read Previous

“Beynəlxalq reaksiyalara əhəmiyyət verilməməlidir…”-SABİQ DEPUTAT-PARTİYA SƏDRİ

Read Next

AXCP sədrinin müavini Gözəl Bayramlı-VƏFAT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir