Təxminən iki ay ərzində Qaragünəydə müasir tələblərə uyğun olan tədris korpusu istifadəyə veriləcək-DEPUTATDAN SEÇİCİLƏRİNƏ ŞAD XƏBƏR

Ötən il Sabirabad rayonu Qaragünəy kənd 1 saylı orta məktəbin köhnə tədris korpusuna baxış keçirildi. 1935-ci ildə inşa olunan tədris korpusunun istismar üçün yararsız hala düşmüşdü. Baxış keçirdikdən sonra həm Təhsil Nazirliyi, həm də digər əlaqədar dövlət qurumları ilə geniş müzakirələr aparıldı. Nəticə olaraq, qeyd olunan məktəbin yeni tədris korpusunun inşası ilə bağlı qısa müddət ərzində layihələndirmə və tikinti işlərinə start verildi.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Ramin Məmmədov deyib.

Bildirib ki, təxminən iki ay ərzində Qaragünəy kəndində yeni və müasir tələblərə uyğun olan tədris korpusu istifadəyə veriləcək.

“Bu məktəbin inşası son illər ərzində dövlətimiz tərəfindən 3500-dən çox məktəbin inşa və təmir edilməsi işləri çərçivəsində həyata keçirilir.

Fürsətdən istifadə edərək, seçicilərim və şəxsən öz adımdan Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollektivinə sərgilədikləri çevik və həssas münasibətə görə dərin təşəkkürümüzü bildiririk”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Ermənistanda Paşinyanı dəyişdirmək istəmirlər-SORĞUNUN NƏTİCƏLƏRİ BELƏ DEYİR…

Read Next

Daha 2361 yeni yoluxma-DAHA 24 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir