Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Bu gün saytların birində Milli Məclisin deputatı, BAXCP sədri Qüdrət Həsənquliyevlə müsahibə dərc edilib. Qüdrət müəllimlə uzun müddətdir ki, parlamentdə birgə fəaliyyət göstəririk. O, müxalifəti, mən isə iqtidarı təmsil edirik. Mövqeyində razılaşdığım və razılaşmadğım məqamlar da daima baş verir.Bugünkü müsahibəsində də bu məqamlar var. Müsahibəni tam analiz etmək və ona opponent olmaq fikrindən uzağam. Ancaq mətndə qəti razılaşmadığım və etraz etdiyim bir fikir var”.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.
Millət vəkilinin dediyinə görə, həmkarı müsahibəsinin bir yerində bildirir ki, “Tacikistanla özümüzə təsəlli verməklə biz heç yerə gedə bilmərik”.
“Mən Milli Məclisdə Azərbaycan -Tacikistan parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəriyəm. Dəfələrlə bu ölkədə rəsmi səfərdə olmuşam, dəfələrlə bu ölkənin rəsmi şəxslərinin Azərbaycana səfəri zamanı onlarla görüşmüşəm.
Tacikistan Azərbaycanın ərazi bütövlüyün dəstəkləyir, ölkəmizlə dostluğa böuük önəm verir.
Azərbaycana dost olan bir ölkə haqqında belə qeyri-diplomatik, qeyir-dost ifadə işlədilməsi yolverilməzdir.
Azərbaycanın dünyada cəmi bir düşmən ölkəsi var , o da torpaqlarımızın bir hissəini işal etmiş Ermənistandır.
Qalan bütün ölkələr bizim üçün dost ölkədir və onları siniflərə bölmək olmaz.
Azərbaycan parlament üzvünün dost ölkə haqqında qeyri-diplomatik ifadəsi elə Emənistan tərəfindən bizim əleyhimizə istifadə edilə bilər.
Azərbaycan bizə dost münasibət bəsləyən Tacikistanla münasibətlərdə biz çox maraqlıdır və bu dostluğumuz daima möhkəmlənəcək”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.





