Taekvandoçu Patimat Abakarova da “Bakı-2017″nin qızıl medalını qazandı – FOTO

Qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) “Bakı-2017″nin qızıl medalına yiyələnib.

Etikxeber.az verir ki, Azərbaycan idmançısı final görüşündə qazaxıstanlı Aynur Yesbergenovanı 14:4 hesabı ilə məğlub edib. Bununla da Patimat Abakarova IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçularının aktivinə ikinci qızıl medalı yazdırıb.

İdmançımız ilk görüşdə Fələstin təmsilçisi Layan Caber ilə üz-üzə gəlib. O, rəqibindən 19:7 hesabı ilə üstün olub. Azərbaycan təmsilçisi yarımfinalda iranlı Şalmei Sudabe Poursadiqini 15:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova Azərbaycan Taekvando Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ildə. 2013-cü ildə İndoneziyadakı III İslam Həmrəyliyi Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında bürünc medal qazanıb. O, 2015-ci ildə Koreya Respublikasında hərbçilərin dünya çempionatında birinci, Böyük Britaniyadakı beynəlxalq Qran-pri turnirində isə üçüncü yerə sahib olub. 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında ikinciliklə kifayətlənib.

Ötən ilin yanvarında İstanbulda təşkil olunan taekvando üzrə Avropa Olimpiya təsnifat turnirinin qalibi olan P.Abakarova, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, 49 kiloqram çəki dərəcəsində Rio Olimpiadasında bürünc mükafata yiyələnib. Bu il böyüklər arasında respublika çempionatının və Antalyada keçirilən klublararası Avropa çempionatında “Gilan” klubunun heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. P.Abakarova taekvondo üzrə bir çox beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıb.

Etikxeber.az

Read Previous

Ayxan Tağızadə “Bakı-2017″nin qızıl medalı uğrunda yarışacaq – FOTO

Read Next

Çunayev bürünc medala sahib oldu… YENİLƏNİB (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir