Prezident İsayevə və Hərçəqaniyə medalını təqim etdi – FOTO – YENİLƏNİB

İslamiadada kişilər arasında taekvando yarışında 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Radik İsayev finalda özbəkistanlı Dmitri Şokinə qalib gələrək qızıl medala sahib olub.

Etikxeber.az xəbər verir ki, görüşün əsas vaxtı 8:8 hesabı ilə yekunlaşıb. Qalibi müəyyən etmək üçün oynanılan əlavə vaxtda rəqibini qızıl xalla məğlubiyyətə uğradan R.İsayev IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və birinci xanım, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasına baxıblar.

Bu çəki dərəcəsində bürünc medalları İran idmançısı Hosseyn Qorbanzadeh və iordaniyalı Həmzə Kattan aktivlərinə yazdırıblar.

İlk görüşdə pakistanlı Şah Adilə 34:8 hesabı ilə qalib gələn R.İsayev yarımfinalda iordaniyalı Həmzə Kattanı mübarizədən kənarlaşdırıb.

“Bakı-2015” birinci Avropa Oyunlarının çempionu olan idmançımız bu qələbəyə görə Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif edilib. Rio Olimpiadasının çempionu olan R.İsayev Azərbaycan taekvandosu tarixində ilk Olimpiya qızılını komandamızın aktivinə yazdırıb.

***

Yarışlarda 80 və +87 kiloqram çəki dərəcələrində çempion olan Milad Beigi Hərçəqaniyə və Radik İsayevə, həmçinin fəxri kürsüdə yer alan digər idmançılara medalları dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

Qalib idmançılarımızın şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Etikxeber.az

Read Previous

Türkiyə millisi “İslamiada”da su polosu yarışlarının qalibi olub – FOTO

Read Next

Televiziyaya basqın edildi: Ölənlər var…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir