Taekvondo yığmamız ardıcıl ikinci dəfə dünya çempionu olub

Bakıda kişi və qadın taekvondoçular arasında keçirilən komandalararası dünya çempionatı bu gün başa çatacaq.

Etikxeber.az-ın məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi ötən il Meksikada təşkil olunmuş mundialda qazandıqları titulu qoruyub.

Belə ki, qrup mərhələsini lider kimi bitirən Reza Mehmandostun rəhbərlik etdiyi komanda finala gedən yolda digər qrupun ikincisi Türkiyə ilə döyüşüb. Qarşılaşma taekvondoçularımız üçün uğurlu alınıb. Məhəmməd Məmmədov (63 kq), Ayxan Tağızadə, Sina Bahrami (hər ikisi 68 kq), Səid Quliyev (74 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayevdən (+87 kq) ibarət komandamız “ay-ulduzlular”ı 33:3 hesabı ilə məğlub etməklə, finala yüksəlib.

Onlar həlledici görüşdə Cənubi Koreya ilə üz-üzə gəliblər. Yarımfinalda Belçikanı 43:13 hesabı ilə məğlub edən rəqiblə döyüşün ilk hissəsi heç də asan keçməyib. Ancaq ikinci hissədə təşəbbüs idmançılarımızın tərəfinə keçib. Komandamızın bu üstünlüyü artırmaqla, ardıcıl ikinci dəfə dünya çempionu adını qazanıblar. Taekvondoçularımız asiyalıları 21:5 hesabı ilə məğlub ediblər.

Qadın komandaların yarımfinal görüşlərində Çin Türkiyəni (9:6), Cənubi Koreya Rusiyanı (17:10) məğlub edib. Həlledici görüşdə asiyalıların duelindən isə çinlilər qalib ayrılıblar. Cənubi Koreyanı 6:4 hesabı ilə məğlub edən komanda dünya çempionu adına layiq görülüb.

Qeyd edək ki, mundial qarışıq cütlərin mübarizəsi ilə yekunlaşacaq. Bakıda ilk dəfə keçiriləcək yarışda Azərbaycan iştirak etməyəcək.

Etikxeber.az

Read Previous

Yeni dövlət katibi Tillerson olacaq

Read Next

“Yəhudi icması Azərbaycan cəmiyyətinin çox fəal bir hissəsidir…”- ƏLİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir