Tağıyevin heykəlinə hörmətsizlik: Heykəli zədələməkdə şübhəli bilinən şəxslər saxlanıldı-HEYKƏL BƏRPA EDİLDİ – FOTOLAR

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, hazırda araşdırma davam edir.

DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Qeyd edək ki, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı.

Etikxeber.az

Read Previous

“Süni qiymət artımı ilə əlaqədar bütün qabaqlayıcı tədbirlər görülür…”-BAŞ NAZİR

Read Next

Toylarda karantin qaydalarını pozan 4 nəfər cərimələndi-37 NƏFƏR İSƏ ŞƏNLİYƏ BURAXILMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir