Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Deputatlar məmurlarla əlaqə saxlamaqda əziyyət çəkir”
Etikxeber.az xəbər verir ki, millət vəkili Tahir Kərimli Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin iclasında məmurları deputatlarla əlaqə saxlamaqdan qaçmaqda ittiham edib.
Onun sözlərinə görə, bəzi icra başçısı, nazir, komitə sədri ilə əlaqə yaratmaqda problem olmasa da, ancaq bir çoxları ilə əlaqə yaratmaq mümkün olmur.
“Ən yaxşı hallarda köməkçiləri ilə əlaqə saxlamaq olur. Biz bu məsələdə əziyyət çəkirik. Axı, bizim məmurlara olan müraciətlərimiz şəxsi işimizlə bağlı deyil…”- deyə, T.Kərimli vurğulayıb.
T.Kərimli məmurların millət vəkillərinə qarşı sərgilədiyi bu münasibətə son verilməsini də tələb edib:
“Belə olanda, biz də seçicilər qarşısında aciz qalırıq.Belə yanaşma olmaz. Buna son verilməlidir. Sonda seçicilər günahı bizdən görür”.
Etikxeber.az