Tahir Kərimli nazir və nazir müavinlərindən-ŞİKAYƏTLƏNDİ…

Hökumət üzvləri bizə cavab vermir. Nəinki nazir, heç nazir müavini səviyyəsində də bizə cavab verilmir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O, bildirib ki, onlar deputatların zənglərinə cavab vermir, “Deputat statusu haqqında” qanuna əməl etmirlər.

T. Kərimli “Anatiinhisar fəaliyyəti haqqında” yeni qanunun hazırlanmasını alqışladığını vurğulayıb.

Komitə sədrinin müavini Şəhid adlarının məktəblərə verilməsində çətinliklərin olduğunu diqqətə çatdırıb:

“Nazirlər Kabineti müvafiq qərara dəyişiklik etməlidir”.

Özəlləşmə məsələsinə toxunan T. Kərimli özəlləşdirmə zamanı keçmişdə yol verilmiş səhvləri Qarabağda təkrarlamamağa çağırıb.

Deputat təklif edib ki, əməkhaqqı artımı 1000 manat və daha yüksək deyil, aşağı əməkhaqqı alanlara şamil edilsin.

“Onların maaşı daha çox artırılmalıdır”-deyən T. Kərimli kəndlərdə həkim, xarici dil müəllimi çatışmadığını da vurğulayıb.

Etikxeber.az

Read Previous

Daha 142 yeni yoluxma-DAHA 9 ÖLÜM…

Read Next

“Elə bil parlament hökumətə hesabat verir, hökumət Milli Məclisə yox…Bir gün çox azdır…”-SABİR RÜSTƏMXANLI – HÖKUMƏT NÖVBƏTİ DƏFƏ PARLAMENTARİLƏR QARŞISINDA – YENİLƏNİB – (6)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir