Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qarabağ qaziləri banklara inanıb, kənd təsərrüfatı texnikası almaq üçün pul köçürüblər. Sonra bu Aqrolizinq ləğv olundu, onlara heç bir kənd təsərrüfatı texnikası da verilmədir.
Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
T. Kərimli bildirib ki, əvvəlki illərdə Qarabağ qazilərinin bəzilərinin müavinət almasında olan problemlər hələ də həll olunmayıb.
O, hər rayonda şəhidlər muzeyi yaradılmasını də təklif edib:
“Bizdə Şəhidlər Xiyabanı var. Bura gedındə biz faciələri xatırlayırıq. Şəhidlər Xiyabanlarını Qalibiyyət, Zəfər memorialına çevrilməliyik”.


“Ümumiyyətlə, Azərbaycanda səngərdə, bölgələrdə əziyyət çəkən, uşağına müəyyən təhsil vermək imkanı olmayan hərbçilərin uşaqlarının təminatı yaxşılaşdırılmadır”-deyən MM-in Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa bildirib ki, bu, Bakıda kabinetdən çıxmayan, kresloda oturan hərbçilərə aid deyil:
“Dediyim kateqoriyadan olan hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu biz təmin etməliyik. Söhbət təkcə müavinət verilməsindən getmir. Sovet dövründə zabitlər, hərbçilər üçün belə infrastrukturlar var idi. Yəni bu uşaqların əqli, mədəni inkişafına nail olmalıyıq. Artıq biz bu uşaqlarla bağlı infrastruktur üzərində düşünməliyik. Hərbçi ailələri, uşaqları üçün müavinətdən başqa yollar tapmalıyıq. Yaxın 20-30 ildə Azərbaycanın qarşısında böyük proseslər durur. Biz Qarabağda müharibəni udmuşuq, amma hələ dünya ermənilərinə də qalib gəlməliyik”
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





