Tahir Kərimli Qarabağ komitəsinin yaradılmasını təklif etdi – SİYAVUŞ NOVRUZOV MƏQBUL SAYMADI – YENİLƏNİB

Millət vəkili Tahir Kərimli parlamentdə daimi fəaliyyət göstərən Qarabağ komitəsi yaradılmasının tərəfdarıdır.

Etikxeber.az xəbər verir ki, o, bu haqda təklifini parlamentin payız sessiyasının ilk plenar iclasında səsləndirib.

T. Kərimli həmçinin, işğal edilmiş torpaqlar haqqında qanun qəbul edilməsini də vacib sayıb:

tahir-karimli

“Ermənistan Ali Soveti 1989-cu ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. Yəni bu, təkcə Paşinyanın sayıqlamaları deyil. Ona görə də Azərbaycanın işğal edilmiş torpaqlar haqqında qanun qəbul etməsi vacibdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gəlib, vals oynayıb gedirlər. Rəqs diplomatiyasına çeviriblər, bu, biabırçılıqdır” . 

***

Yeni Azərbaycan Partiyasının (YAP) İcraçı katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə  Qarabağ komitəsinin yaradılması barədə Tahir Kərimlinin təklifini məqbul saymayıb.

S. Novruzov deyib ki,  mərhum Heydər Əliyevin dönəmində də Qarabağ məsələsi ilə bağlı müzakirə olub, hər kəs təklif verməyə dəvət edilib, ancaq hər hansı təklif irəli sürülməyib.

S. Novruzov bildirib ki, Qarabağ komitəsi yaransa, o halda millət vəkillərinin hamısı Dağlıq Qarabağ komitəsinin üzvü olmaq istəyəcək:

“Bu Vətən hamımızındır və kiməsə bu halda komitəyə üzvlüklə bağlı qadağa qoymaq da düzgün olmayacaq. O baxımdan Qarabağ problemini kiçik bir çərçivəyə salmağı düzgün saymıram. Prezident İlham Əliyev hər gün bu məsələ ilə məşğuldur. Biz bu məsələləri millət vəkilləri olaraq təmsil olunduğumuz beynəlxalq təşkilatlarda qaldırmalıyıq. Digər tərəfdən, Qarabağ münaqişəsinin həlli Xalq Cəbhəsi hakimiyyəti dövründə BMT-nin mandatından çıxarılaraq,  ATƏT-ə həvalə olunub”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Seçki Məcəlləsinə dəyişikliklər edilməlidir…” – SİYAVUŞ NOVRUZOV

Read Next

“Arzulayırıq ki, əlillər barədə də cinayət işi açılmasın…” – QÜDRƏT HƏSƏNQULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir