Tahir Kərimlidən – HƏRBİ BÜDCƏNİN AZALDILMASINA KƏSKİN ETİRAZ

Nə üçün bizim hərbi büdcəmiz 2023-cü ilə kimi 1,1 milyard azalıb. Bəlkə, Qarabağ müharibəsini udmuşuq, ya torpaqları almışıq?! Müdafiə məsələlərində çox diqqətli olmalıyıq.

Etikxeber.az  xəbər verir ki, bunu deputat Tahir Kərimli Milli Məclisdə (MM) büdcə müzakirələrində çıxışı zamanı deyib.

Deputat  sonra “BP”  şirkətinin fəaliyyətinə toxunaraq bu illər ərzində onun Azərbaycan büdcəsinə nə qədər vəsait ödəməsi ilə maraqlanıb: “Mən bilmək istəyirəm ki, “BP” Azərbaycan büdcəsinə nə  qədər vəsait ödəyir? Şəxsən mənim bu haqda məlumatım yoxdur. Hansı ki, uzun illərdir Azərbaycana iqtisadiyyatından bəhrələnirlər. İqtisadiyyat Nazirliyi bu məsələləri təhlil etməlidir”.

Daha sonra T. Kərimli deputat seçildiyi rayonun yol problemini qaldırıb. “Ağsu rayonuna on illərdir bir avtobus, yük maşını  girib- çıxa bilmir. Bu məsələləri qurtarmaq lazımdır. Gəlin cehizini daşımaq üçün  20 km-lik yola görə 150 km yol gedilməlidir. İki kənd var ki illərdir deyirik ki, yol çəkilmir? Bunu artıq həll etmək lazımdır”– deyə, deputat qeyd edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Bakı Beynəlxalq Avtovağzal Kompleksində yoxlama aparılacaq…

Read Next

Büdcə ilə bağlı müzakirələr davam edir – BU GÜN ÇIXIŞLAR YEKUNLAŞACAQ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir