Tahir Süleymanov Fuad Musayevdən yazdı: “Təzadlı insan olmaqla yanaşı şəxsiyyət idi”

2013-cü il idi…”Neftçi”də kabinetdə öz işlərimlə məşğul idim. Mobil telefonuma zəng gəldi. Baxdım, nömrə idi. Deməli, telefonun yaddaşında yox idi. Nəsə nömrə tanış gəldi. Cavab verdim.

-Ta(h)ir, salam.
Səsini tanıdım…
-Salam, Fuad müəllim.
Kövrəldi.
-Səsimi unutmamısan?!
Son dəfə 14 il öncə danışmışdıq, səsini eşitmişdim…
-Fuad müəllim, buyurun. Səsinizi eşitməyə şadam.

tahir-1

-Ta(h)ir, elə bilirlər yenə futbolun böyüyüyəm. Zəng edirlər, xahiş edirlər. “Neftçi”ni izləyirəm. “Tı molodets” (bu ifadəni işlətməyi çox sevirdi ). “Molodtsı, xoroşo iqrayete” (afərin, yaxşı oynayırsız)…
Mən bilirəm kimə zəng edirəm. Bir xahişim var.
Universitetlərin birinə turnirdə oynamaq üçün forma lazımdı.Rektor zəng etmişdi. Çox yox, mini-futbol üçün…
-Fuad müəllim, narahat olmayın. Hara desəniz formalarla sürücünü göndərərəm…
-“Tı ne volnuysya” (Sən narahat olma). Özlərinə deyərəm gələrlər.
-Gəlsinlər. Qapımız üzünüzə açıqdır…
Zəng etdilər. Gəlib formaları götürdülər.

Fuad müəllim yenə telefon açdı . Təşəkkürünü bildirdi. İnsanlıq borcumuzdu, dedim…
Son dəfə səsini eşitdiyim an idi. Təzadlı insan olmaqla yanaşı şəxsiyyət idi.
Yaltaqları görməkdənsə xarizmatik insanları qarşında hiss etmək daha şərəflidir.
Karyeram yaltaqların fitnəsilə məhv olundu. Psixoloji çox ağır günlər keçirdim. Həyat mübarizədir. Mübarizə apardıq, qalib gəldik.

Qədər, yazı beləymiş…
Təəssüf ki, həmin yaltaqlar bu gün də futbolda yaltaqlıq etməkdə davam edirlər.
Fuad Musayev isə artıq aramızda yoxdur.
Hər birimizi bu gün gözləyir…
ALLAH rəhmət eləsin.

Tahir SÜLEYMANOV,

Hakim

Etikxeber.az

Read Previous

CXP ilə AKP arasında “İŞİD qalmaqalı” yarandı, Ərdoğan isə “ƏL-İNSAF” DEDİ

Read Next

“Türkiyəyə döndüyüm üçün özümü çox xoşbəxt sayıram” – HÜLYA KOÇİGİD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir