Taksilər videomüşahidə kameraları ilə təchiz olunacaq…

Dubayda bütün taksi avtomobilləri videomüşahidə kameraları ilə təchiz olunacaq.

Etikxeber.az Dubayın Yollar və Nəqliyyat İdarəsinə istinadla xəbər verir ki, bu il oktyabr ayına qədər Əmirlikdəki bütün taksi avtomobillərində videomüşahidə kameraları qoyulacaq.

Hazırda Dubayda 11 mindən çox taksi fəaliyyət göstərir. Onlardan təxminən 9 minində təhlükəsizlik tədbiri kimi videomüşahidə kameraları quraşdırılıb.

İdarədən verilən məlumata görə, yaxın vaxtlarda bütün taksi avtomobillərində baş verən hadisələrin real vaxt rejimində monitorinqinin keçirilməsi üçün mərkəzləşdirilmiş “ağıllı” sistem yaradılacaq.

Kameralara yazılan bütün materiallar taksidə quraşdırılmış DVR qurğusunda saxlanacaq. Yollar və Nəqliyyat İdarəsi bu kameraların köməyi ilə taksi sürücülərinin davranışına nəzarət edəcək, onların sürücülər üçün peşə standartlarına, habelə əxlaq normalarına uyğunluq dərəcəsini yoxlayacaq, bu isə vətəndaşlar tərəfindən şikayətlərin azalmasına səbəb olacaq.

Etikxeber.az

Read Previous

Bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı oldu – FOTOLAR

Read Next

Gədəbəy və Ağdamın yeni icra başçıları məlum oldu – SƏRƏNCAM(LAR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir