TANAP Azərbaycana və dünyaya nə verəcək? – RƏYLƏR

Vahid ƏHMƏDOV: “Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”

Eldəniz SƏLİMOV: “Azərbaycan bu günə qədər bir çox tarixi açılışlar edib və bununla da Avropaya, dünyaya açılıb, inteqarasiya edib, TANAP-la da bir daha dünyaya açıldı, səmimi və əməli inteqrasiya, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini, addımlarını ortaya qoydu”

“İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimin keçirilməsi, kəmərin işə çalınması böyük tarixi hadisədir. Bu, Azərbaycanın iştirakı və dəstəyi ilə reallaşdırılan növbəti nəhəhg layihədir. Bununla Azərbaycan daha bir tarixi, iqtisadi, siyasi uğuruna imza atdı, nəinki regionun, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinə özünün növbəti töhfəsini vermiş oldu”.

tanappp

Bunu Etikxeber.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Akademik qeyd edib ki, TANAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından və Xəzərin digər sahələrindən hasil edilən təbii qazın Türkiyəyə və Avropaya nəqlini nəzərdə tutur.  Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin (CDQ) əsas seqmentlərindən biri olan TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır.  Komitə sədri vurğulayıb ki, layihə ilə bağlı Azərbaycanla Türkiyə arasında Anlaşma Memorandumu hələ 2011-ci il dekabrın 24-də, Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair Saziş isə 2012-ci il iyunun 26-da İstanbulda imzalanıb və hər iki ölkənin müvafiq qanunverici orqanları tərəfindən təsdiqlənib.

“…Əgər Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Amma çox sevindirici və əlamətdar haldır ki, bu birlik, bu qardaşlıq sayəsində 21-ci əsrin müqaviləsi kimi xarakterizə olan TANAP-ın açılışına da nail olundu. Bundan təkcə bizlər-Azərbaycanla Türkiyə deyil, bütövlükdə Avropa və dünya da yaralanacaq, öz enerji təminatlarını, enerji təhlükəsizliklərini təmin edəcəklər”.

vahid-ziyad-eldeniz-tanap

Digər iqtisadçı millət vəkili Vahid Əhmədov da TANAP-ın təntənəli açılış mərasimi, bütövlükdə bu layihəni yüksək qiymətləndirdiyini qeyd edərək, bildirib ki, bu, Azərbaycan üçün, həmçinin Avropa dövlətləri üçün də çox önəmli layihədir.

V. Əhmədov deyib ki, TANAP 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kubmetrə yaxın qaz ixrac olunacaq:

“Ölkə prezidentinin də açılış mərasimində bildirdiyi kimi, TANAP layihəsinin icrası həm texniki, həm maliyyə cəhətdən çox mürəkkəb bir işdir. Ancaq çox sevindiricidir ki, Azərbaycanla Türkiyə birlikdə bu işi çox böyük müvəffəqiyyətlə icra etdilər. Bütövlükdə TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. Qeyd edim ki, TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Bir sözlə, Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir”.

Millət vəkili Eldəniz Səlimov öz növbəsində hesab edir ki, TANAP-ın açılışı Azərbaycanın növbəti dəfə Avropaya və dünyaya açılışıdır:

“Azərbaycan bu günə qədər bir çox tarixi açılışlar edib və bununla da Avropaya, dünyaya açılıb, inteqarasiya edib, TANAP-la da bir daha dünyaya açıldı, səmimi və əməli inteqrasiya, əməkdaşlıq, tərəfdaşlıq niyyətlərini, addımlarını ortaya qoydu. Azərbaycan bir daha nümayi etdirmiş və sübut etmiş oldu ki, nəinki yerləşdiyi coğrafi məkanda-Cənubi Qafqazda, bütövlükdə Avropada və dünyada lider, söz və nüfuz sahibi olan qüdrətli dövlətlərdən biridir. Azərbaycanın iştirakı və rizası olmadan burada heç bir layihə reallaşdırıla və icra edilə bilməz. Azərbaycanın iştirakı olmadan Avropanın və dünyanın eneryi təhlükəsizliyini də tam təmin etmək mümkün deyil. Odur ki, Avropa, eləcə də, dünya Azərbaycanın bir daha lazımlılığını və gərəkliliyini anladı, dərk etdi. Bunlar hər birisi isə bizim fəxr, iftixar mənbəyimizdir. Fəxr və qürür hissi keçiririk ki, Azərbaycanın belə günlərinə, tarixi zəfərlərinə canlı şahidlik edirik. Eyni zamanda, çox xoşbəxt xalq və dövlətik ki, Azərbaycanı gündən-günə belə tarixi zəfərlərə, nailiyyətlərə qovuşduran Lidermiz – ölkə rəhbərimiz  İlham Əliyev var. Onun rəhbərliyi ilə hələ çox nailiyyətlərə, uğurlara imza atacağıq”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Aprel şəhidimiz əsgər Altun Dəmirlinin əziz xatirəsinə – SONA ƏLİYEVA YAZIR – FOTOLAR

Read Next

Azərbaycanın torpaqlarını digər yollarla azad etmək hüququnu özündə saxlayır – RAMİZ MEHDİYEV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir