Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TANAP layihəsinin açılış mərasimində iştirak etmək üçün iyunun 12-də Türkiyə Respublikasına səfərə gəlib.
Etikxeber.az xəbər verir ki, Əskişəhər şəhərinin Hasan Polatkan hava limanında dövlətimizin başçısını Türkiyənin meşə və su məsələləri naziri Veysəl Əroğlu və digər rəsmi şəxslər qarşılayıblar.

***
Əskişəhər şəhərində TANAP layihəsinin açılış mərasimi keçirilir.
İ. Əliyev mərasimdə iştirak edir.
Mərasimi Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak açıb.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.
***
“TANAP” ilk gündəmə gəldiyində bəzi dairələr buna yuxu dedi”.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.
O, bildirib ki, bəziləri layihənin gerçəkləşməyəcəyini düşünürdülər:
“Lakin biz Azərbaycanla birlikdə səbr etdik və doğru bildiyimiz yolla hərəkət etdik. İndi bu qürur tablosuna şahidik. Qarşımızda yeni layihələr, yeni uğur hekayələri var. Azərbaycan prezidenti İlham Əliyevə göstərdiyi liderliklə bağlı bir daha təşəkkür edirəm”.
***
“Qardaş Türkiyədə yenidən olmaqdan məmnunam. Biz Azərbaycanda Türkiyənin Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə əldə etdiyi uğurlara sevinirik”.
Bunu da Azərbaycan prezidenti açılış mərasimində söyləyib.
Dövlət başçısı deyib ki, Türkiyə hazırda dünya gündəliyini müəyyən edir:
“Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz 21-ci əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub”.
Etikxeber.az





