Tanınmış bəstəkar-MİLLƏT VƏKİLİ NOVRUZ ASLAN DEPUTATLIĞA NAMİZƏD OLDU

Tanınmış bəstəkar, millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanovun da namizədliyi təsdiqlənib.

Bu haqda Etikxeber.az-a açıqlamasında Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Rövşən Əliyev məlumat verib.

O, qeyd edib ki, N. Aslanovun namizədliyi bugünlərdə 86 saylı İsmayıllı Dairə Seçki Komissiyası (DSK) tərəfindən qeydə alınıb.

Qeyd edək, N.Aslanov 4-cü dəfədir seçkilərə qatılır.

O, 3-cü çağırışdan, 2005-ci ildən bu yana 86 saylı İsmayıllı Seçki Dairəsini parlamentdə təmsil edir.

Hazırda da həmin dairədən namizədliyini verib və qeydə alınıb.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə 86 saylı İsmayıllı seçki dairəsindən Muradov Zaur Fazil oğlunun namizədliyini irəli sürüb.

Etikxeber.az

Read Previous

DJP sürücülərə və piyadalara-MÜRACİƏT ETDİ

Read Next

Prezident seçkilərinin ikincisi olan-MİLLƏT VƏKİLİNİN NAMİZƏDLİYİ QEYDƏ ALINDI… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir