Tanınmış bəstəkar Nazim Əliverdibəyovun xatirəsi anılacaq

Dekabrın 22-də Niyazinin ev-muzeyində tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun 90 illiyinə həsr olunmuş tədbir təşkil olunacaq.

Muzeydən Etikxeber.az-a bildirilib ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq.

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, bəstəkar-pianoçu Ülviyyə Hacıbəyovanın ifasında konsert proqramı ilə davam edəcək. Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ilə yanaşı, bəstəkarın müəllifi olduğu əsərlər də səsləndiriləcək.

Etikxeber.az

Read Previous

Xəzərdə baş vermiş qəza ilə bağlı cinayət işi başlandı

Read Next

Əliyev: Bu, Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsidir – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir