Tanınmış ictimai-siyasi xadim Hadi Rəcəblinin 73 yaşı tamam olur-BU GÜN – FOTOLAR

Bu gün tanınmış siyasətçi, ictimai-siyasi xadim, siyasi elmlər doktoru, professor Hadi Rəcəblinin növbəti doğum günüdür.

Etikxeber.az xəbər verir ki, bu gün Hadi Rəcəblinin 73 yaşı tamam olur.

Qeyd edək ki, Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonun Veravul kəndində anadan olmuşdur.

Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir.

1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur.

1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayordur. Xeyli sayda və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından, 2013-cü ildən isə partiyanın Siyasi Şurasının üzvüdür.

1985-90-cı illərdə keçmiş Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

“Əmək igidliyinə görə” medalı (1976),”Əmək rəşadətinə görə” medalı (1977),”Şərəf” nişanı (1986), “Şöhrət” ordeni (2007), İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeni (2017) ilə təltif edilmişdir.

Ailəlidir, 4 övladı, nəvələri və nəticələri var.

73 yaşının tamam olması, əlamətdar gün münasibəti ilə də Hadi Rəcəblini təbrik edir, ona elmi, siyasi və şəxsi həyatında növbəti uğurlar, nailiyyətlər arzulayırıq.

Doğum gününüz mübarək olsun!

Etikxeber.az

Read Previous

11 oktyabr: Növbəti erməni vandalizmi-Gəncədə yaşadılan növbəti insanlıq dramı – CANLI ŞAHİDLƏR, DAĞIDILMIŞ EVLƏRİNƏ KEŞİK ÇƏKƏNLƏR…- FOTOLAR

Read Next

“İkinci Dünya müharibəsindən sonra nə baş verdi. Almaniya və Amerika Birləşmiş Ştatları biri-birilərini öldürürdülər. Sovet İttifaqı və Almaniya bir-birilərini öldürürdülər…Lakin indi baxın, bu, artıq yaddaşda deyil. Bu, düşmənçiliyə təhrik etmir…”-PREZİDENT BUNLARI “FOX NEWS”-Ə MÜSAHİBƏSİNDƏ DEDİ…- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir