Tanınmış iş adamı, xeyriyyəçi, hər zaman Şəhid ailələrinin yanında olan Cəlal Qurbanovun atasının-ÜÇ VƏ YEDDİ MƏRASİMİ KEÇİRİLDİ – MƏRASİMƏ MİNLƏRLƏ İNSAN QATILDI – FOTOLAR – YENİLƏNİB

Xəbər verildiyi kimi, tanınmış iş adamı, xeyriyyəçi, hər zaman Şəhid ailələrinin və Qazilərin yanında olan, “Mənim Atam Qəhrəmandır!” və “Mənim Oğlum Qəhrəmandır!” layihələrinin rəhbəri Cəlal Qurbanovun atası Cavanşir Kazım oğlu Qurbanov dünyasını dəyişib.

21 may 2025-ci il tarixində Haqqın dərgahına qovuşan Cavanşir Qurbanov dünən “Qurd qapısı” qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Bu gün-23 may 2025-ci il tarixində isə Cavanşir Qurbanovun Yasamalda üç və yeddi mərasimi-məclisi keçirilib.

Mərasimdə minlərlə insan-Azərbaycanın bir çox bölgələrindən olan Şəhid ailələri, Qazilər, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış sənət adamları, ziyalılar və digər şəxslər iştirak ediblər.

Mərasim iştirakçıları mərhuma Allahdan rəhmət, ailəsinə, doğmalarına, xüsusilə, Cəlal Qurbanova səbr və dözüm diləyiblər.

Mərasimdə həmçinin, Şəhidlərin xatirəsi anılıb, ruhlara dualar edilib.

Qeyd edək ki, səhər saatlarından başlayan mərasim axşam saatlarına qədər davam edib.

Etikxeber.az mərasimdən fotoları təqdim edir:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu yollarda yenə sıxlıq və tıxacdır-BAKIDA

Read Next

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Sərvan Şükürovun tək bacısının qız övladı dünyaya gəlib-KÖRPƏYƏ ASENA ADI QOYULUB – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir