Tanınmış və sevilən müğənnidən-DİASPOR TƏŞKİLATINA VƏ ONUN RƏHBƏRİNƏ RAMAZAN TƏBRİKİ

Rusiya Federasiyasında Azərbaycanı və azərbaycanlıları layiqincə təmsil edən diaspor təşkilatı liderlərindən biri də Ələddin Nəsib oğlu Məmmədovdur.

Əslən Bərdə rayonundan olan Ələddin Məmmədov uzun illərdir Rusiya Federasiyasının Çita şəhərində yaşayır və orada yaşayan azərbaycanılardan ibarət diaspor təşkilatına uğurlu rəhbərlik edir.

Eyni zamanda, həm bir insan, bir azərbaycanlı, həm də bir diaspor lideri kimi Çita şəhərinə səfər edən, diaspor nümayəndələri ilə təmaslarda olan azərbaycanlıları özünün yüksək diqqət və qayğısı ilə əhatə edir.

Onlara xoş və səmimi münasibət sərgiləyir.

Sevilən müğənni, hər kəsin yaxşı və yaxından tanıdığı, hər zaman Şəhid ailələrin və Qazilərin yanında olan Təranə Nurlu da Çitada yaşayan azərbaycanlılar, diaspor nümayəndələri, xüsusilə, Ələddin Nəsibov tərəfindən yüksək diqqət və qayğı ilə əhatələnən insanlarımızdan, ziyalılarımızdan, sənətçilərimizdən biridir.

Çita şəhərində olarkən Təranə xanım da diaspor təşkilatının üzvləri və onun rəhbəri tərəfindən səmimiyyətlə, həssasiyyətlə qarşılanıb.

Çita şəhərində yaşayan azərbaycanılardan, onların diaspor təşkilatının rəhbəri Ələddin Məmmədovun fədakar, yorulmaz fəaliyyətindən çox razı və məmnun qaldığını bildirən Təranə xanım bu fəaliyyətin bir örnək, nümunə olduğunu da dilə gətirib.

Odur ki, Təranə xanım qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə Çita şəhərində yaşayan azərbaycanıları, diaspor təşkilatının rəhbəri Ələddin Məmmədovu təbrik etdiyini, diaspor təşkilatına və onun rəhbərinə fəaliyyətində uğurlar dilədiyini söyləyib.

“Özüm və ailəm adından Çitada yaşayan həmvətənlərimizi, başda da Ələddin Məmmədovu və ailəsini qarşıdan gələn Ramaz bayramı münasibəti ilə təbrik edir, onlara can sağlığı və xoşbəxtlik arzulayıram”-deyə, Təranə xanım əlavə edib.

Biz də təbriklərə qoşularaq, Ələddin Məmmədov başda olmaqla, rusiyalı həmvətənlərimizi, Çitada yaşayan soydaşlarımızı Ramazan bayramı münasibəti ilə təbrik edirik!

Bayramınız mübarək olsun!

Etikxeber.az

Read Previous

Xankəndi, Ağdərə və Xocalıda Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb-FƏRMAN

Read Next

Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı, ali təhsilli-peşəkar hərbçi, polkovnik-leytenant, iki övladı Vətənə əmanət qalan-SƏDİ MUSAYEVİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir