Tanınmışlar Aprel qələbələri və şəhidləri haqda: “Unutmadıq, unutmayacağıq!”

“Aprel döyüşlərində torpaqlarımz uğrunda canından keçən qəhrəman Şəhid oğullarımız ruhunuz şad, məkanınız cənnət olsun”.

nuriyya-2

Etikxeber.az xəbər verir ki, bunu tanınmış sənətçi, Əməkdar artist Nuriyyə Hüseynova öz “Facebook” səhifəsində yazıb.

“Sizi heç bir zaman unutmadıq. Sizlər bizim qürurumuz, sərəfimizsiniz”-deyə, o, sonra yazıb.

ganira_pashayeva_180215_1

Millət vəkili Qənirə Paşayeva isə  öz “Facebook” səhfəsində yazıb ki, aprel zəfərini millətimizə yaşadan qəhrəman Şəhidlərimizi hər zaman sevgi və rəhmətlə anırıq.

“Bir il bundan əvvəl bu qəhrəman oğullar vətənimiz üçün, bizim üçün canlarından keçdilər!

Ruhunuz qarşısında baş əyirik”-deyə, millət vəkili qeyd edib.

eldeniz salimov-1

Digər millət vəkili Eldəniz Səlimov da Şəhidlərimizin, o cümlədən, qələbə dadını xalqımıza dadızdıran, qələbə sevincini hamıya bəxş edən aprel Şəhidlərinin Azərbaycan dövləti və xalqının baş tacı, müqəddəs and yeri olduğunu bildirib:

“Şəhidlərimiz, bizə qələbə sevinci bəxş edən edən aprel Şəhidlərimiz millətimizin ən müqəddəs and yeri, baş tacıdır. Onlar ölməyiblər. Onlar cismən bu dünyanı, bizləri tərk etsələr də, mənən, ruhən yaşayırlar qəlbimizdə, ürəyimizdə. Onlar daim bizimlədir. Onları utunmadıq və unutmayacağıq”.

mubariz-qurbanli

“Aprel döyüşləri bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyətidir. Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin aprel döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi”.

Bu fikirlər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Mübariz Qurbanlı məxsusdur.

M.Qurbanlı bildirib ki, bu döyüşlər zamanı Azərbaycanın şanlı ordusu ermənilərə böyük dərs verdi. Eyni zamanda, ordumuzun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə yüksək hərbi və siyasi üstünlüklər qazandırdı.

“Azərbaycan xalqı ermənilərə və bütün dünyaya necə hərbi qüvvəyə malik olduğunu, ordumuzun fiziki və mənəvi gücünü nümayiş etdirdi” – deyən M.Qurbanlı qeyd edib ki, dövlətimizin başçısının Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə keçirdiyi görüşdə də qeyd etdiyi kimi, aprel döyüşləri demək olar Ermənistanın ideoloji əsaslarını dağıtdı, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özlərini tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Həmçinin siyasi baxımdan düşmən bir daha şahid oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir.

Dövlət Komitəsinin sədri deyib ki, aprel döyüşləri həm də Azərbaycanın öz torpaqlarını azad etmək uğrunda apardığı ədalətli mübarizə idi:

“Azərbaycan BMT-yə daxil olanda ölkəmizin sərhədlərini bütün dünya qəbul edib. Ona görə də Azərbaycanın işğal olunmuş bütün əraziləri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun olaraq azad edilməlidir. BMT-nin Nizamnaməsinin 51-ci maddəsində qeyd edilir ki, hər hansı bir ölkə işğala, təcavüzə məruz qalarsa, öz ərazisini silahla, güclə azad etmək hüququna malikdir. Bu, Azərbaycan xalqının haqqıdır, hüququdur.

Biz haqq uğrunda mübarizə aparırıq. Prezidentimizin çox gözəl ifadəsi var: “Erməni əsgəri işğal olunmuş ərazilərdə nə gəzir ki, orada ölsün?”. Erməni əsgəri torpaqlarımızdan rədd olmalıdır ki, xalqımız ərazilərimizin üzərində suverenliyini bərpa etsin. Bu haqq uğrunda da mübarizə aparırıq”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycan ordusunun kifayət qədər gücü, qüdrəti var. Azərbaycan xalqının orduya, Prezident İlham Əliyevin siyasətinə böyük dəstəyi var:

“Çox qürurverici haldır ki, hazırda Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının işğaldan azad edilmiş hissəsində Azərbaycan bayrağı dalğalanır, o torpaqlara bu gün Azərbaycan Ordusu nəzarət edir. Allah ötən ilin aprelində yüksək şərəf və ləyaqətlə Vətənimiz uğrunda şəhid olan qəhrəman oğullarımıza rəhmət eləsin!”

aprelll-1

Etikxeber.az

 

Read Previous

BAKIDA DƏHŞƏTLİ QƏTL: Arvadının xalası oğlu və xalası qızının başını kəsdi…

Read Next

“4 GÜNLÜK MÜHARİBƏ: ATALAR VƏ OĞULLARIN SAVAŞI” – ZAHİD ORUC

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir