Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Tanınmış alimlər deputatlığa namizəd, akademik Ziyad Səmədzadənin “Dünya iqtisadiyyatı: Çin “iqtisadi möcüzəsi” kitabı haqqında nə düşünürlər?
Etikxeber.az tanınmışların adıçəkilən kitab haqqında düşüncələrini bölüşür:
Professor Məmmədhəsən Meybullayev:
“Monoqrafiya 60 paraqrafı özündə birləşdirən 15 fəsildən ibarət olub, 605 səhifə həcmində şərh olunmaqla, Çin iqtisadiyyatının keçmişi, hazırkı vəziyyəti, perspektiv inkişaf yolu haqqında olduqca əsaslandırılmış, məntiqi fikirlər və sistem¬li yanaşmalarla tədqiq olunmuşdur. Ziyad müəllim bəşər sivilizasiyasının qədim diyarında müasir dünyanın qloballaşma prosesində iqtisad elminin kəsb etdiyi xarakterik xüsusiyyətlərini açmağa cəhd etmiş və uğurlu ümumiləşdirmələr və konkret mülahizələr əsasında buna nail ola bilmişdir
Akademik Asəf Nadirov:
“Görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadənin “Çin qlobaldünya iqtisadiyyatında” adlı fundamental elmimonoqrafiyası nəinki Azərbaycanın iqtisadi ədəbiyyatına, bütövlükdə ölkə elminə sanballı bir töhfədir. Geniş ictimai dairələrdə rəğbətlə qarşılanan bu monoqrafiya maraqlı strukturu, ensiklopedik xarak¬terli ciddi elmi araşdırmaları, dərin təhlil və nəticələrin çıxarılması ardıcıllığı ilə diqqəti cəlb edir və bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, əsər uzunmüddətli gərgin əməyin bəhrəsidir”.
Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov:
“Azərbaycan elmində, xüsusilə iqtisad elmində əhəmiyyətli sayılacaq və sayılmalı olan hadisə baş vermişdir. Çin iqtisadiyyatındakı sürətli inkişafın tədqiq edilməsi, Azərbaycanın elmi ictimaiyyətinə, oxucularına çatdırılması kimi çox təbii və eyni zamanda məsuliyyətli və böyük zəhmət tələb edən bir vəzifəni akademik Ziyad Səmədzadə uğurla yerinə yetirə bilibdir. Bu kitab Azərbaycan iqtisadiyyatı üçün də, azərbaycanlı iqtisadçılar üçün də xüsusi əhəmiyyət kəsb edir”.
Akademik Mahmud Kərimov:
“Akademik Ziyad Səmədzadə Çin iqtisadi fenome¬nini Azərbaycanda tədqiq edən ilk alimlərdəndir. Alimin fikrincə, indi Azərbaycanın ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf modeli vardır. XXI əsrin 10 ilə yaxın bir dövründə ölkə iqtisadiyyatının inkişaf dinamikası onu deməyə əsas verir ki, müstəqil dövlətimiz məqsəd və vəzifələri dəqiq müəyyənləşdirilmiş, keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək Azərbaycan modeli əsasında inkişaf edir”.
Akademik Fuad Qasımzadə:
“Ziyad müəllimin bu kitabı həqiqətən böyük bir monumental əsərdir. Bu kitab, nəinki iqtisad elmində, xüsusilə Azərbaycan elmi üçün böyük bir hadisədir. Çox maraqlıdır ki, bəlkə də Çinin özündə onun iqtisadiyyatını hərtərəfli təhlil edən bu qədər böyük və monumental əsər yoxdur. Bu¬rada Çinin iqtisadiyyatının bütün məsələlərinə toxunulub, onların hamısının dərindən təhlili ver¬ilib. Bu kitabın Çində də böyük uğur qazanacağına mənim heç bir şübhəm yoxdur”.
Akademik Kamal Abdulla:
“Bir azərbaycanlı alimin Çin kimi qüdrətli ölkəyə, onun iqtisadiyyatına, bu iqtisadiyyatın bugünkü səbəblərinin nəticələrinin və gələcək strateji istiqamətlərinin təhlilinə həsr etdiyi kitab doğrudan da, çox böyük önəm daşıyır. Hesab edirəm ki, bu kitab Çini daxildən tanıtdıran bir mənbə kimi təkcə iqtisadçılarımız üçün deyil, ziyalılarımız üçün də son dərəcədə maraqlıdır”.
Etikxeber.az