“Tanınmışlara Gürcüstana giriş yasağı qoyulub…” – Deputatdan Məmmədyarova – TƏNQİD VƏ ÇAĞIRIŞ

Artıq Gürcüstan rəsmiləri tərəfindən Azərbaycanın və Türkiyənin bir çox tanınmış insanlarına qarşı qanunsuz olaraq bu ölkəyə giriş yasağı qoyulub. Zəlimxan Məmmədli, Seyfulla Türksoy, Kərəm Məmmədov və başqa ictimai xadimlərin Gürcüstana girişinin qadağan olunmasının dəqiq izahı verilmir. Anlaşılan budur ki, ölkəmizin Xarici İşlər Nazirliyi (XİN) bu kimi Azərbaycan vətəndaşlarının hüquqlarını qorumağa hansısa səbəblərdən laqeyd yanaşır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.

gurcu-2

fazil-mustafa-88

“Heç olmasa rəsmi Gürcüstanın bu qanunsuz davranışını əsas götürərək Azərbaycan üçün arzuolunmaz şəxslərin (Keşikçidağ təxribatlarında iştirak edən, erməni tezislərini dəstəkləyən Gürcüstan vətəndaşları nəzərdə tutulur) ucdantutma ölkəmizə girişini qadağan edən qərar çıxartmaq zəruridir.

Qoy gürcülər də doğma ocağına baş çəkmək hüququndan məhrum olunmuş azərbaycanlıların çiləsinin nə olduğunu anlasınlar. Azərbaycan vətəndaşlarının xarici ölkəyə sərbəst hərəkət etmə hüququnu qoruya bilmiriksə, o halda qonşu ölkədən olan təxribatçılara qarşı adekvat addımı atmağa bizə kim və nə mane olur?

Azərbaycan Xarici İşlər Nazirliyinin bu çağırışı müsbət dəyərləndirəcəyinə ümid edirəm”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Məndən əvvəlki və sonrakı baş nazirlər türk kökənli olublar” – MALAZİYANIN 94 YAŞLI BAŞ NAZİRİ

Read Next

“Ordumuz daha böyük nailiyyətlərə qadir və hazırdır” – BAHAR MURADOVA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir