“TAP layihəsinin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyinə əminəm”- Nazir

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədr müavini Mauro Marinonun rəhbərlik etdiyi senator və deputatlardan ibarət nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN)  Etikxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İtaliya arasında əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

E. Məmmədyarov 2019-cu ildə tamamlanması gözlənilən TAP layihəsinin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyinə əminliyini ifadə edib. Ölkəmizin İtaliya ilə enerji sahəsində əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Bakı Humanitar Forumunda iştirak üçün dəvətə görə nümayəndə heyəti adından təşəkkürünü ifadə edən Mauro Marino Forumun fəaliyyətini yüksək qiymətləndirib və müasir dünyanı narahat edən aktual məsələlərin müzakirəyə çıxarıldığını bildirib.

Etikxeber.az

Read Previous

Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılacaq-SABAH

Read Next

“BlackBerry” smartfon istehsalından imtina edib- RƏSMİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir