“Tarix müəlliminə deyibmiş ki, bir gün tarix yaza bilərəm…”-LƏNKƏRANIN ANTİTERROR ŞƏHİDLƏRİNDƏN OLAN EVİN-AİLƏNİN İKİ OĞLAN ÖVLADINDAN BİRİ, 19 YAŞLI ELSEVƏR RAKİF OĞLU QARDAŞZADƏNİN ANASI

17 noyabr 2024-cü il tarixində, axşam saatlarında hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynovla Lənkəran şəhərinin sonuncu-antiterror Şəhidlərindən olan Elsevər Rakif oğlu Qardaşzadənin ailəsini ziyarət etdik…

Cəmi 19 yaşında, Əsgərliyinin başa çatmasına cəmi 11 gün qalmış Şəhidlik məqamına ucalımış Elsevər Qardaşzadənin Şağlakücə kəndindəki ocağında, ailəsində olduq…

Nur üzlü, İgid, Qəhrəman Şəhidimizin ailə üzvləri – valideynləri-anası Sərvər xanım, atası Rakif kişi, tək qardaşı Elçin və qohumları ilə bir araya gəldik, söhbətləşdik, dərdləşdik…

Qeyd edək ki, Şəhidimizin valideynləri ilə Lerikli İkinci Vətən Müharibəsi Şəhidi İmaməli İbrahimovun Cənnətdəki dördüncü doğum günü mərasimində tanış olmuş və onları, Şəhidimizin ocağını da ziyarət edəcəyimizə söz vermişdik…

Ziyarətdə bizimlə birgə “Odlar yurdu” qrupunun digər üzvü Aqil Kərimov da iştirak edirdi…

Təxminən 40 dəqiqə çəkən ziyarətimiz zamanı Şəhidimizin ailəsinə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedik…

Müqəddəs ruhu qarşısında ehtiramla baş əydiyimizi, Şəhidimizə, cəmi Şəhidlərimizə bir ömür borclu olduğumuzu və borclu olacağımızı dilə gətirdik…

Şəhidimizin ailə üzvləri ilə birlikdə Elsevər Qardaşzadənin cəmi 19 illik qısa, lakin şərəfli həyat yoluna nəzər saldıq…

Şəhidimizin anasının dediklərindən:

“Övladım orta məktəbi yaxşı oxuyurdu, qiymətləri “əla” idi, ali təhsil almaq arzusundaydı…Bir gün tarix fənnindən olan dərsinə yaxşı hazırlaşmayıbmış və bu, müəllimini çox təəccübləndiribmiş…Müəllimi deyibmiş ki, “Elsevər, səndən çıxmaz iş, dərsinə yaxşı hazırlaşmamısan….”…Elsevər də deyibmiş ki, “müəllim, bilməz olmaz, bir gün tarix yaza bilərəm…Bəli, oğlum dediyi kimi də etdi, tarix yazdı, cəmi 19 yaşında Vətən yolunda Şəhadətə yüksəldi…”

***

Onu da qeyd edək ki, Elsevər Qardaşzadə 2004-cü ilin fevral ayının 23-də Lənkəran şəhərinin Şağlakücə kəndində dünyaya gəlib…

Ailənin iki oğlan övladından və evin sonbeşiyi olub…

2010-2021-ci illərMənsum Əbilov adına Şağlaküçə kənd tam orta məktəbində təhsil alıb…

2021-ci ildə isə Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecinə daxil olub və 2022-ci ilin aprelində həqiqi hərbi xidmətə yollanıb…

Qusar istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmətə başlayıb…

Və 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusunun Əsgəri kimi Ağdam istiqamətində Şəhidlik məqamına ucalıb…

Nəşi sentyabrın 20-də Şağlakücə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra bir orden və bir medalla təltif olunub…

O, həm də subay olub…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində uyusun!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şərəfli döyüş yolu 42 gün çəkən, noyabrın 8-də Qubadlı istiqamətində Şəhidlik məqamına ucalan-LERİKLİ İMAMƏLİ ELMAN OĞLU İBRAHİMOVUN BU GÜN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, 29 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Prezident İlham Əliyevə İctimai Dəstək səhifəsi-NƏ İŞLƏ MƏŞĞULDUR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir