Tarix tarixdir, onu olduğu kimi qəbul etmək hər kəsin borcudur və ya 28 maydan 18 oktyabra gələn yol-ELDAR İBRAHİMOV YAZDI

Tarixdə, 20-ci ərsdə ikinci dəfə müstəqillik qazanmağımızdan, müstəqilliyimizi bərpa etməyimizdən 30 il keçir.

1991-ci ilin məlum “QKÇP” hadisələrindən sonra keçmiş sovetlər birliyi süquta uğradı və onun yerində 15 müstəqil dövlət yarandı.

Tarixi fürsətdən və şansdan istifadə edərək, bizlər də, Azərbaycan da öz müstəqilliyini bərpa etdi.

1991-ci ilin avqustun 30-da keçmiş Ali Sovet Müstəqllik haqqında Bəyannamə qəbul etdi, bunun üstündən 1 ay 18 gün keçəndən sonra, yəni, 18 oktyabr tarixində qanunverici orqan tərəfindən Müstəqlllik haqqında Konstitusiya Aktı qəbul edilməklə, müstəqilliyimiz tam mənada qanuniləşdirildi, hüquqiləşdirildi.

18 oktyabr tariximizə, təqvimimizə müstəqilliyimizin bərpası günü kimi düşdü.

İndi həmin gündən, həmin tarixdən düz 30 il keçir.

Bu, heç də az müddət deyil, bu 30 il ərzində biz böyük inkişaf yolu keçmişik və özü də bu inkişaf heç də asan başa gəlməyib, heç də hamar olmayıb.

Böyük sınaqlardan, imtahanlardan, çətinliklərdən bugünlərə gəlib çıxmışıq.

Buna görə ilk növbədə Ulu Öndərimiz Heydər Əliyevə və onun layiq davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə borculuyuq və minnətdarıq.

Məhz onların sayəsində Azərbaycan dünyada imzası imzalar içində, Lider, aparıcı dövlətlərdən birinə çevrildi, sayılıb-seçildi, onunla hesanlaşıldı və bu gün də Azərbaycan rəyi nəzərə alınmadan bu bölgədən heç nəyi reallaşdırmaq mümkün deyil.

Bəli, bu yerdə xatırlatmağa dəyər ki, Azərbaycan tarixdə ilk müstəqliiyini 1918-ci ilin 28 may tarixində qazandı, ancaq təəssüflər olsun ki, müstəqil Azərbaycanımızın, Cümhuriyyətimizin ömrü, yaşı uzun olmadı, cəmi 23 ay çəkdi.

1991-ci ildə ikinci dəfə müstəqlliyimizi qazanarkən, daha doğrusu, bərpa edərkən də indiki-müstəqil Azərbaycanın məhz Azərbaycan Demokratik Respublikasının (ADR) varisi olduğunu bəyan etdik.

Bəli, indiki-ikinci müstəqil Azərbaycan məhz ADR-in varisidir.

Odur ki, cəmi bir neçə gün öncə Milli Məclis (MM) tərəfindən çox mühüm əhəmiyyət daşıyan, tarixi dəqiqləşdirmə üçün çox önəmli rola malik olan bir sənədi-“Müstəqllik Günü haqqında” qanun layihəsini müzakirədən keçirib, qəbul etdik və imzalanması üçün ölkə Prezidentinə göndərdik.

Elə oktyabrın 15-də də qanun layihəsi imzalanaraq, hüquqi qüvvəsinə mindi.

Beləliklə, 28 may Dövlət Müstəqlliyi Günü, 18 oktayabr isə Müstəqlliyin Bərpası günü kimi rəsmiləşdirildi.

Bu, çox yerində olan hüquqi-siyasi bir sənəddir.

Yenə də qeyd edirəm ki, biz ADR-in varisiyik, odur ki, hər bir məsələ, hər bir məqam da varisliyə uyğun şəkildə olmalı, tənzimlənməlidir.

Biz də qanunverici orqan və onun təmsilçiləri olaraq, məhz bu mövqedən, bu prizmadan bu məsələyə yanaşdıq və məlum qanun layihəsini qəbul etdik.

Hesab edirik ki, bu, bütün xalqımızın ürəyindən olan bir məsələdir və indi kimlərinsə bunun ətrafında spekulyasiyar etməsi siyasi savadsızlıqdan, bəsitlikdən, dayazlıqdan başqa bir şey deyil.

Həmçinin tarixi üçün çox vacib olan bir-iki məqamı da xatırlatmaq istəyirəm.

Belə ki, ikinci müstəqlliyimiz bütün mənalarda Ümummilli Liderimizlə bağlıdır.

Heç təsadüfi deyil ki, bu Tarixi Şəsxiyyətə ikinci müstəqliiyimizin Qurucusu və Banisi deyirik, bütün xalqımız bunu belə deyir, belə qəbul edir.

1990-ci ilin payızında, hələ sovetlər birliyi dövründə o zamankı Ali Sovetə və keçmiş Naxçıvan MSSR Ali Sovetinə seçkilər keçirildi və artıq həmin vaxt fəxri təqaüdçü kimi Azərbaycanda, Naxçıvanda yaşayan Böyük Şəsxiyyət Heydər Əliyev Babək rayonundan hər iki qanunverici orqana deputat seçildi.

Qeyd edim ki, mən də onunla birgə Babək rayonundan keçmiş Ali Sovetə deputat seçilmişdim.

O vaxt, 1990-ci ilin noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyasına da ən yaşlı deputat kimi məhz Heydər Əliyev sədrlik etməli oldu.

Məhz onun təklifi ilə Naxçıvan MSSR sözündən “Sovet Sosialist Respublikası” sözü çıxarıldı, üçrəngli bayrağımız rəsmi bayrağımız kimi qəbul edildi, qanuniləşdirildi.

Eyni zamanda, Heydər Əliyevin təklifi ilə Naxçıvan MR Ali Soveti adından Azərbaycan Ali Sovetinə tövsiyə edildi ki, üçrəngli bayrağımız Azərbaycanın rəsmi dövlət bayrağı kimi qəbul edilsin, “Sovet Sosialist Respbulikası” sözündən imtina olunsun.

Bundan bir müddət sonra keçmiş və sonuncu Ali Sovetin ilk, 1991-ci il fevral sessiyasında üçrəngli bayrağımız Azərbaycanın rəsmi dövlət  bayrağı kimi qəbul olundu.

Eyni zamanda, 1991-ci ilin mart sessiyasında Ulu Öndər bütün təzyiqlərə, onu gözləyən təhlükələrə baxmayaraq, tarixi çıxış etdi, Azərbaycan rəhbərliyini SSRİ-nin qorunub saxlanılması haqqında 17 mart referendumunun Azərbaycanda keçirilməsindən imtina etməyə səslədi.

SSRİ-nin qorunub saxlanılması haqqında sənədin əleyhinə çıxan məlum “43-lər”-dən biri oldu.

Məhz onun təklifi və təkidi ilə Naxçıvan MR-də 17 mart referendum keçirilmədi və mən də şəxsən həmin referendum boykot edənlərdən biri oldum.

Yəni, Naxçıvan MR-də rəsmi dövlət vəzifəsi daşımağıma, Baş nazirin müavini vəzifəsini tutmağıma baxmayaraq, məhz Heydər Əliyevin göstərdiyi, məsləhət bildiyi yolla gedərək, Muxtar Respublikada referendumun baş tutmamasına çalışmışam və qeyd etdiyim kimi, Naxçıvanda da referendum baş tutmadı.

Eyni zamanda qeyd etmək istərdim ki, mən hər daim “43-lər”-in o zamankı rolunu, cəsarətini müsbət qiymətləndirmişəm, bu gün də eyni fikirdəyəm.

Həmçinin, 1991-ci ilin 18 oktyabr sessiyasında iştirak etmiş və Müstəqillik haqqında Konstitusiya Aktınının qəbul olunmasına əl qadıranlardan biri olmuşam.

Onu da xatırladım ki, o vaxt səsvermə deyilən bi prosesdur yox idi, sadəcə, hər şey əl qaldırmaqla həll olunurdu.

Yəni, tarixi saxtalalaşdırmağa, təftiş etməyə çalışanlar yaxşı olardı ki, bu məqamı unutmasınlar.

Bəli, məhz Heydər Əliyevin sayəsində üçrəngli bayrağımız ilk dəfə olaraq, rəsmi dövlət bayraq kimi rəsmiəşdirildi, məhz onun sayəsində ikinci müstəqlliyimizin hüquqi əsasları yaradıldı və Azərbaycanımız müstəqliyini bərpa edə bildi.

Tarix tarixdir, onu olduğu kimi qəbul etmək hər kəsin borcudur.

Bəli, bu gün müstəqlliyimizin bərpasından 30 il keçir.

Biz hər mənada Azad, Qalib və Müstəqil dövlətik.

Artıq aranlı-dağlı Qarabağlıyıq və  vahid Azərbaycanlıyıq.

Günümüz mübarək, müstəqilliyimiz əbədiyaşar olsun!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri, professor

Etikxeber.az  

Read Previous

Azərbaycanın Ermənistana qarşı iddiası ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsində dinləmə olacaq-BU GÜN

Read Next

Xəzərdə Azərbaycan sərhədini pozmağa cəhd olunub, xəbərdarlıq atəşi açılıb-DSX MƏLUMAT YAYDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir