“TARİX YARATMIŞ FƏDAKARLAR…” – Akademik

O tarixi gecənin 110 illiyinin tamam olmasına 1 il qaldı.
2017-ci ilin 12 yanvarında “Leyli və Məcnun” operasının ilk tamaşasının 109-cu ilidir. Növbəti ildə isə əsərin yuvarlaq ildönümünü, yubilyeyini qeyd edəcəyik. Bu, mədəniyyət tariximizin elə müstəsna hadisəsidir ki, ona hazırlığa gərək indidən başlayaq və başda Üzeyir bəy olmaqla həmin əbədi bayramı millətimizə bağışlamışların hər birinin vacibdir ki, layiqli qiymətini verək.
İkinci dünya müharibəsindən sonra Avropada qalmış və uzun ömrünün onillərini Parisdə sürmüş, Azərbaycan siyasi mühacirətinin Məhəmmədəmin Rəsulzadədən tutmuş Əlimərdan bəy Topçubaşovun oğlu Ələkbər bəyə qədər əksər nümayəndələri ilə yaxın təmasda olmuş, dostluq etmiş Qədir Süleyman söyləyirdi ki, hərdən dost məclislərində Ceyhun bəy Hacıbəyli “Leyli və Məcnun” operasının yarandığı 1907-ci ilin unudulmaz günlərini xatırlayar, maraqlı təfərrüatları söylər və ayrı-ayrı parçaları şirin avazı ilə canlandırardı.


Qədir dayının Ceyhun bəyin dilindən nağıl etdiyi həmin əhvalatları indi yada saldıqca düşünrəm ki, həmin ilk tamaşanı araya-ərsəyə gətirənlər – Üzeyir və Ceyhun Hacıbəylilər, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Ərəblinski, Əli bəy Hüseynzadə, Hüseynqulu Sarabski, Əhməd Ağdamski… istedadlarından, vətənpərvərliklərindən, yüksək ziyalılıqlarından əlavə həm də qəhrəman, fədakar insanlar olublar.


Çətin, sıxıntılı dövrdə, mübarizələr apararaq, maneələr aşaraq yox yerdən böyük bir tarix yaradıblar…

Rafael HÜSEYNOV,
Akademik

Etikxeber.az

Read Previous

“O, bu gün abidəyə çevrilərək Azərbaycana və Azərbaycan ədəbiyyatına qayıtdı” – KOMİTƏ SƏDRİ – FOTOLAR

Read Next

Azərbaycan İslam Hərbi Alyansına daxil olmaq barədə qərar qəbul edib…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir