“Əsrin müqaviləsi” – ÖTƏN 25 İL NƏLƏRLƏ YADDA QALDI? – ZİYAD SƏMƏDZADƏNİN BAXIŞI

Ziyad Sədzadə: “Əsrin müqaviləsi”ndən ön 25 il tarixi nailiyyətlər vəngin hadisərlə yadda qalmışdır”

Etikxeber.az akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin müsahibəsini təqdim edir:

Əsrin müqaviləsi”  tarixi hadisə  böyük nailiyyətdir”

-Ziyad müəllimi, bu gün,  sentyabrın 20-də tarixi “Əsrin müqaviləsi”nin imzalanmasının 25 ili tamam olur. İstərdik ki, 25 il öncə, həmin müqavilənin hazırlıqları dövrü qayıdaq, o dövrdə yanaşanlara yenidən nər salaq. Sizcə, bu müqavilə hansırurətdən və ehtiyacdan irəli gəldi?

-Hesab edirəm ki, “Əsrin müqaviləsi” tarixi nailiyyətdir, hətta, deyərdim, önəmli, əhəmiyyətli və əlamətdar hadisədir. “Əsrin müqaviləsi”nə gedən yol  ötən əsrin 90-cı illərinin əvvəllərindən, hələ Azərbaycan ikinci müstəqilliyini əldə etməzdən öncə başlasa da, eyni zamanda, 1991-ci ilin oktyabrında ikinci müstəqilliyimizə qovuşduqdan sonrakı mərhələdə müəyyən addımlar atılsa da, bu istiqamətdə önəmli proseslər 1993-cu ilin iyunundan, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən sonra yaşandı. Sonradan “Əsrin müqaviləsi” kimi tarixə düşəcək sazişin imzalanması istiqamətində daha intensiv müzakirələr, gərgin danışıqlar prosesi məhz Heydər Əliyevin ikinci hakimiyyəti dövründə başlandı. Bu saziş Azərbaycanın müstəqilliyi qədər vacib və əhəmiyyətli idi. Azərbaycan müstəqilliyinin qorunub, saxlanılması, onun iqtisadi inkişafının təmin edilməsi, milli iqtisadiyyatın qurulması və möhkəmləndirilməsi bəlkə də bu sazişin imzalanmasından asılı idi. Əgər bu sazişin baş tutmasına və imzalanmasına nail olmaq mümkün olmasaydı, bəlkə də bugünkü Azərbaycandan, bugünkü inkişafdan danışmaq mümkün olmazdı.

Xatırladım ki, 1991-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ayrı-ayrı Qərb ölkələrinin neft şirkətləri ilə danışıqlar apardı, sonra isə 1992-ci ildə həmin şirkətlər birləşib ümumi bir konsorsium təşkil etdi və danışıqlar bu konsorsiumla davam etdirildi. Həmçinin, 1993-cü il iyunun axırlarında Azərbaycanda müəyyən dəyişikliklər əmələ gələndən sonra, Heydər Əliyev Ali Sovetinin sədri olarkən, eyni zamanda, Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən bu danışıqların dayandırılması haqqında qərar qəbul etdi. Bu qərar da ona görə qəbul olundu ki, o vaxt gələn siqnallar, məlumatlar göstərirdi ki, artıq hazırlanmaqda olan müqavilə layihəsində müəyyən çatışmazlıqlar, səhvlər var və həmin layihə hazırlandığı şəkildə Azərbaycan Respublikası üçün əlverişli deyil.

Bu məlumatları araşdırmaq, layihənin Azərbaycan Respublikasının mənafelərinə nə qədər uyğun olduğunu müəyyən etmək üçün də  məhz həmin danışıqların dayandırılması haqqında qərar qəbul edildi. Bundan sonra Dövlət Neft Şirkətində hazırlanmış materiallara bir daha baxıldı, müəyyən təhlillər aparıldı. O vaxt Qərb neft şirkətlərinin prezidenti və başqa rəhbərləri Azərbaycana gəldi, Heydər Əliyevlə təkbətək görüşdülər. Sonra isə Azərbaycanın neft sənayesində çalışan alimlər, mütəxəssislər, bu sahənin rəhbərləri və bu işlə məşğul olan başqa şəxslərin iştirakı ilə toplantı keçirildi, orada geniş danışıqlar, müzakirələr aparıldı.

Eyni zamanda, Heydər Əliyev Azərbaycanın bu barədə mövqeyini bəyan etdi, müqavilələrin dayandırılması səbəbləri aydınlaşdırıldı, həmçinin, Qərb şirkətləri əmin edildi ki, onlar narahat olmasınlar, bu iş davam edəcək, ancaq neft Azərbaycanın ən böyük, ən dəyərli sərvəti olduğuna görə bu məsələyə dərindən baxmaq, ətraflı müzakirə etmək lazımdır. Belələklə, bu yöndə razılıq əldə olundi  və bundan sonra işlər davam etdirildi. Dövlət Neft Şirkəti bu işləri aparmaq üçün ilk mərhələdə Qərb ölkələrinin bitərəf ekspertlərini – Amerika Birləşmiş Ştatlarından, Kanadadan və digər ölkələrdən ekspertləri cəlb etdi. Bu məsələlər onların iştirakı ilə geniş təhlil, müzakirə olundu.

…Yeni layihə ilə bağlı danışıqlara qərar verildi…

Sonra danışıqlar Londonda bir müddət yenidən başlandı Ancaq Londonda gedən danışıqların nəticələri  Azərbaycan prezidentinə təqdim olunarkən onların Azərbaycan Respublikasının milli mənafelərinə yenə də uyğun olmadığı üzə çıxdı, hazırlanmış layihə yenidən kənara qoyuldu. Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti Heydər Əliyevin tapşırığı, respublikanın alimləri, mütəxəssisləri ilə, neft sənayesində çalışan təcrübəli adamlarla birlikdə Azərbaycanın bu danışıqlarda mövqeyini bir daha müəyyənləşdirdi. Onlar  Azərbaycan prezidentinə rəsmi raport yazaraq öz təkliflərini verdilər ki, Azərbaycan Respublikası bu danışıqları hansı prinsiplər əsasında davam etdirə bilər. Beləliklə, həmin prinsiplərə baxıb təhlil ediləndən sonra 1994-cü ilin fevralın 4-də Dövlət Neft Şirkətinin danışıqları həmin prinsiplər əsasında davam etdirməsi barədə fərman imzalandı. Dövlət Neft Şirkətinə, onun prezidenti Natiq Əliyevə bilavasitə səlahiyyət verildi ki, o, danışıqları davam etdirsin və təqdim olunan təkliflər əsasında aparsın. Bundan sonra işin yeni mərhələsi başlandı.

Dövlət Neft Şirkəti Qərb ölkələrinin neft şirkətləri ilə danışıqları Bakıda apardı. Sonrakı mərhələdə isə Qərb neft şirkətlərinin xahişi ilə bu danışıqlar Türkiyənin İstanbul şəhərində getdi və iyul ayında sona çatdı. Daha sonra Azərbaycan Dövlət Neft Şirkətinin Qərb neft şirkətləri konsorsiumu, onların nümayəndəsi ilə İstanbul danışıqlarının sona çatması və müqavilə layihəsinin hazırlanmasına başlanması haqqında Bakıda protokol imzalandı. Həmçinin, Dövlət Neft Şirkətinin danışıqlar aparan heyəti Qərb neft şirkətləri konsorsiumunun dəvəti ilə Amerika Birləşmiş Ştatlarının Hyuston şəhərinə getdi, orada 45 gün layihənin hazırlanması üzərində işlədilər.

ARDNŞ yeni layihənin imzalanmasının mümkünlüyünü bildirdi, Heydər Əliyev qərar qəbul etdi…

İşlər başa çatdıqdan sonra  Dövlət Neft Şirkəti nümayəndə heyətinin fikrini Heydər Əliyevə çatdıraraq, hazırlanmış layihələrin imzalanmasının mümkünlüyünü bildirdi. Bundan sonra bir daha müzakirələr, məsləhətləşmələr aparılaraq, Heydər Əliyev tərəfindən qərar qəbul edildi ki, hazırlanmış son layihəni imzalamaq olar. Nəhayət, qəbul edilən qərar əsasında Qərb Neft Şirkətinin Konsorsiumu ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında hazırlanmış müqavilə 1994-cü ilin sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında imzalandı. Həmin tarixi gün  Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş baş tutdu. Bu, neft strategiyasının əsasını təşkil edən, ölkənin gələcəyi üçün yeni perspektivlər açan və sonrakı illərin təcrübəsində öz layiqli tarixi qiymətini alan “Əsrin müqaviləsi” idi…

Əsrin müqaviləsi”nə dirəniş göstənlər Heydər Əliyevin siyasi iradəsi vətiyyəti nəticəsində geri çəkildilər, iflasa uğradılar..

 “Əsrin müqaviləsi”nin imzalanması baş tutması siyasi baxımdan da asan olmadı 

– Tamamilə, haqlısınız.  “Əsrin müqaviləsi”nin imzalanması heç də asan başa gəlmədi. Bir çox xarici güclər və onların yerli əlatıları bu sazişin baş tutmasını istəmir, ona hər fürsətdə əngəl, maneçilik törətməyə çalışırdılar. Çünki bu saziş Azərbaycanın gerçək müstəqilliyi, müstəqil inkişafı demək idi. Bunu isə həmin güclər, dairələr həzm, qəbul edə bilmirdilər. Onlar Azərbaycanın ya müstəqilliyinə son qoyulması, ya da “üçüncü dünya dövlətləri”ndən birinə -“banan respublikası”na çevrilməsini istəyirdilər. Müstəqil Azərbaycan onların bir çox məkrli planlarının iflası və baş tutması demək idi. Ona görə bütün vasitələrdən istifadə edərək, təsir, təzyiq mexanizmlərini işə salaraq, “Əsrin müqaviləsi”nin baş tutmamasına çalışırdılar. Ancaq onlar unudurdular ki, artıq Azərbaycanın Heydər Əliyev kimi mətin, dəmir iradəli, qətiyyətli lideri var və təzyiqlərlə, təhdidlərlə onu mövqeyindən çəkindirmək əsla mümkün deyil. Beləliklə, həmin dairələrin, güclərin açıq-gizli təzyiqləri, təhdidləri qarşısında mətanətlə duruş gətirən Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində məhz həmin tarixi sazişin imzalanması baş tutdu. Bu müqavilə məhz Heydər Əliyevin uzaqgörənliyinin, iradəsinin və qətiyyətinin nəticəsi idi. Bu müqavilənin imzalanması ilə Azərbaycanın uğurlu neft strategiyasına,  əslində isə ikinci müstəqilliyin yeni-əsl inkişaf mərhələsinə qədəm qoyuldu.

“Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günüyi üçün maksimum mənfəət götük…”

Müqavilə imzalanmazdan cəmi 4 gün öncə, sentyabrın 16-sında isə Heydər Əliyevin tarixi bəyanatı oldu və həmin bəyanatda vurğulandı ki, üç ildən artıq aparılan iş müsbət nəticə verdi. Eyni zamanda qeyd edildi ki, təqdim olunan müqavilə layihəsi bizim bütün istəklərimizi, arzularımızı təmin etməsə də, ancaq onun imzalanması mühümdür və vacibdir.

Heydər Əliyev öz bəyanatında daha sonra “Bunu dəfələrlə bəyan etmişəm, bu gün də – layihə hazır olandan və bu barədə qərar qəbul edəndən sonra da demək istəyirəm ki, biz indi də, gələcəkdə də Azərbaycanın təbii sərvətlərindən, xüsusən, ən böyük təbii sərvətimiz olan neft yataq-larından çox ehtiyatlı, səriştəli istifadə olunmasına çalışmalıyıq. Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günü və gələcəyi üçün maksimum mənfəət götürək. Mən bu prinsipləri həmişə əsas tutmuşam, bu gün də əsas tuturam. Həmin prinsiplər baxımından, şübhəsiz ki, bütün istəklərimiz, arzularımız bu layihədə əks olunmayıb. Biz həmin layihədən bundan artıq mənfəət götürmək istəyirik. Ancaq bilirsiniz, müştərək iş görmək belədir ki, hər iki tərəf öz mənfəətini götürməyə çalışır və götürməlidir. Əgər qarşılıqlı mənfəət prinsipi olmasa, şübhəsiz ki, saziş də, müqavilə də ola bilməz…”-deyə, bəyan etdi və vurğuladı ki,  bu işlərə başlanması Azərbaycanın həyatında da, iqtisadiyyatında da köklü dəyişikliklər əmələ gətirəcək, çünki biz təkcə bu gün üçün, özümüz üçün yox, gələcək nəsillər üçün də çalışırıq.

“Əsrin müqaviləsi”nin imzalanmasına həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən isə ulu öndər Heydər Əliyev dedi ki, belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğu nümayiş etdirilir.

O, “Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradırıq… Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq…”-deyə, sözlərinə əlavə etdi.

Yeri gəlmişkən onu da xatırlatmaq istərdim ki,  dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”ndə dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak etdi. Onlar tezliklə işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdı. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi.

511 milyon, yoxsa, 1.072 milyard?

ziyadddddd-2

Ümumiyyətlə, ilkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edildi. “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı. Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdə nəzərdə tutulmuşdu. 1997-ci il noyabrın 7-də “Çıraq” platformasından ilk neft hasil edildi və növbəti mərhələlər uğurla həyata keçirildi. Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi: 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı; 1999-cu ildə Qara dənizin digər limanına – Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi; 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı; 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də  İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı.

 Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikildi: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr). 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyuldu və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edildi.

Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verildi. Həmçinin, Heydər Əliyevin 1999-cu il dekabrın 29-da imzaladığı 240 nömrəli Fərman ilə karbohidrogen gəlirlərinin səmərəli idarə edilməsi, nəsillərarası ədalətli bölgünün təmin olunması və həmin vəsaitlərin prioritet sahələrin inkişafına yönəldilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. Qısa müddət ərzində dünyanın ən şəffaf fondlarından birinə çevrilən Dövlət Neft Fondu vəsaitlərin səmərəli və şəffaf idarə olunması sayəsində hazırkı və gələcək nəsillər üçün uzunmüddətli maliyyə gəlirliliyini təmin edir…

asrrr-1

asrrr

 

“Şahdəniz” – Şah Dəniz…

-Məqamı düşmüşn, istərdik ki, Şahdəniz”lə bağlı fikirlərinizi bildirərdiniz…

-Dünyanın ən zəngin qaz yataqlarından biri olan “Şahdəniz” keçən əsrin ortalarında azərbaycanlı geoloqlar tərəfindən kəşf edilib, lakin müvafiq texnologiyaların olmamasına görə istismarı dayandırılıb, yatağın potensial imkanları təyin edilməyib. 1996-cı ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin beynəlxalq neft şirkətləri ilə yaratdığı konsorsium yatağın qazla zəngin olmasını aşkar edib və nəticə gözləniləndən böyük olub. Yataqda 1,2 trilyon kubmetr qazın olması ehtimal edilir. Bu, dünyada azsaylı nəhəng qaz yataqlarından biri hesab olunur. Sonrakı illərdə “Ümid” və “Abşeron” yataqlarının kəşfi Azərbaycanın böyük qaz ehtiyatlarına sahib olduğunu təsdiq etdi. Bununla da, Azərbaycanın təbii resurslar tarixində yeni bir səhifə açıldı. “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi üçün konsorsium üzvləri 2013-cü il dekabrın 17-də Bakıda növbəti tarixi qərara imza atdılar. İmzalanma mərasimi Heydər Əliyev Mərkəzində müxtəlif ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirildi. Müqaviləyə əsasən, layihəyə 28 milyard dollar sərmayənin cəlb edilməsi nəzərdə tutuldu.

Sualınızın məntiqi davamı olaraq, bu yerdə həmçinin qeyd etmək istərdim ki, Azərbaycanın neft strategiyasında mühüm həlqələrdən birini də Cənub Qaz Dəhlizi (CDQ) təşkil edir. Qeyd edim ki, CDQ ideyası Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Prezident İlham Əliyevin 2013-cü il oktyabrın 29-da imzaladığı Sərəncam ilə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində Azərbaycanın mənafeyini qorumaq və layihə iştirakçılarına dövlət dəstəyinin təmin edilməsi məqsədilə Dövlət Komissiyası yaradılıb. Ümumiyyətlə, CDQ – Cənubi Qafqaz qaz boru kəmərini (Bakı-Tbilisi-Ərzurum) genişləndirmək, həmçinin Türkiyədə TANAP qaz kəmərinin tikintisini və Avropada TAP qaz kəmərini genişləndirilməsi üzrə layihədir. Yəni, CDQ-nin məqsədi “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndiriləcək Cənubi Qafqaz Qaz Boru Kəməri (CQBK) və yeni tikiləcək TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Cənubi Avropaya ixracını təmin etməkdir. Layihənin əsas məqsədi Avropaya qaz tədarükünün təhlükəsizliyinin təmin edilməsi və artırılmasıdır.

Xatırladaq ki, 2014-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin iyirmi illiyində Səngəçalda Cənub-Şərqi Avropa ölkələrinin dövlət və hökumət başçılarının, nazirlərinin və beynəlxalq şirkətlərin rəhbərlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin təməlqoyma mərasimi keçirildi. Artıq Azərbaycan hasil etdiyi qazı qonşu dövlətlərə ixrac edir və Avropa bazarına ixraca başlamaq üçün yeni kəmərlər tikildi: 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri (Cənubi Qafqaz qaz boru kəməri) istifadəyə verildi və “Şahdəniz” yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qaz Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməyə başlandi; 2012-ci ildə ölkə Prezidenti İlham Əliyev və Türkiyənin o zamankı (indiki prezidenti) Baş naziri Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İstanbulda Azərbaycan ilə Türkiyə arasında TANAP (Trans-Anadolu təbii qaz boru kəməri) layihəsinə imza atıldı; 2013-cü ildə “Şahdəniz” konsorsiumu TANAP qaz kəməri ilə daşınacaq Azərbaycan qazının Avropa bazarına çatdırılması üçün Türkiyə sərhədini İtaliyanın cənubuna birləşdirən TAP (Trans-Adriatic-Pipeline) layihəsini seçdi və hazırda kəmərin çəkilməsi istiqamətində işlər davam etdirilir. Bu layihələr “Şahdəniz” yatağını İtaliyanın cənubuna birləşdirməklə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşmasına imkan verir. 2015-ci ildən başlayaraq hər il CDQ Məşvərət Şurası çərçivəsində nazirlərin görüşləri keçirilir və Bakı bu görüşlərə ev sahibliyi edir…

Növbəti tarixi müqavilə – “Yeni əsrin müqaviləsi”…

yeni muq

yeni muq-1

yeni muq-2

-Ziyad müəllim, bu yerdə xatırlatmağa dər ki, iki  il öncə “Yeni əsrin müqaviləsi” imzalandı ki, bu da Azərbaycanın dünyanın enerji təhlüsizliyinin təmin edilməsində bir daha qərarlığını nümayiş etdirmiş oldu…

-Bəli, iki il öncə, elə bugünlərdə növbəti tarixi hadisə baş verdi. “Əsrim müqaviləsi”nin imzalanmasının 23-cü ildönümü ərəfəsində Azərbaycan daha bir tarixi uğuruna imza atdı.  Belə ki, 2017-ci il sentyabrın 14-də Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və neft hasilatının pay bölgüsü haqqında yeni Saziş imzalandı. Bununla da, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yataqları blokunun işlənilməsində yeni dövr başlandı. Sazişi Azərbaycan hökumətinin, SOCAR-ın, BP, “Chevron”, IMPEX, “Statoil”, “ExxonMobil”, “TP”, ITOCHU və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar. Hasilatın Pay Bölgüsü haqqında yenidən işlənmiş və 2050-ci ilə qədər uzadılmış sazişə əsasən, BP fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11 faizdən 25 faizə artırılır, mənfəət neftinin isə 75 faizi Azərbaycana qalır. Bu Sazişin ardınca SOCAR və tərəfdaşları arasında “Azəri-Çıraq-Günəşli” müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsədilə mühəndis-layihə işlərinin aparılması haqqında razılaşma əldə olundu. Bütövlükdə “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın neft strategiyasının yeni mərhələsinin əsasını qoydu. Bu, müasir Azərbaycan tarixində yeni eranın başlanması, ölkənin siyasi və iqtisadi təhlükəsizliyinə əlavə təminat, yeni investisiya qoyuluşu, ÜDM-in artımı, yeni iş yerləri və sosial rifahın yaxşılaşdırılması deməkdir…

İlham ƏLİYEV: “Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün həflə çatdıq və bu güölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır…”

-Yenidən CDQ ilə bağlı məsələyə qayıtmaq istərdik. Ötən ilin tarixi günlərində, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) tarixi yüz illiyində, 2018-ci ilin mayın 29-da CDQ ilə bağlı növbəti tarixi uğura imza atıldı, Səngəçalda tarixi açılış mərasimi keçirildi…

-Bu da müstəqil Azərbaycanın ikinci müstəqillik  dönəmində ən tarixi hadisələrdən biri kimi qiymətləndirilməlidir. Cümhuriyyətimizin tarixi yüz illiyinin qeyd olunduğu günün səhərisi, 2018-ci il mayın 29-da Səngəçal terminalında CDQ-nin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev CDQ-nin 4 il bundan əvvəl bu ərazidə təməlinin qoyulduğunu bildirdi:

“O zaman mən tam əmin idim ki, bu layihə uğurla, vaxtında icra ediləcək, baxmayaraq ki, bu, çox nəhəng və texniki-iqtisadi cəhətdən çox mürəkkəb bir layihədir. Bu layihə geniş beynəlxalq əməkdaşlıq tələb edən bir layihə idi. İlk dəfə olaraq Azərbaycan belə genişmiqyaslı beynəlxalq iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəyə start vermişdir, onun təşəbbüskarı olmuşdur. Cənub Qaz Dəhlizinin rəsmi açılışı onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə çatdıq və bu gün ölkəmizin həyatında neft-qaz sənayesinin inkişafında yeni dövr başlayır…”.

Bütövlükdə CDQ nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulub və qoyulur. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Ancaq hesab edirəm ki, bundan böyük həcmdə resurslarımız var. Gələcək kəşfiyyat və istismar işləri əminəm ki, bunu təsdiqləyəcək.

CDQ və enerji təhlüsizliyi…

CDQ-ilya-2

tanappp

star-2

Eyni zamanda, CDQ enerji təhlükəsizliyi layiəsidir.  Çünki bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Bununla yanaşı, CDQ enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji təhlükəsizliyini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib…

TANAP  və yeni “qan damarı“…

-Ziyad müəllim, CDQ-nin mühüm tərkib hissəsindən biri də yeni “qan damarı” kimi dərləndirilən TANAP-dır…

-Hesab edirəm ki, CDQ-nin önəmli hissəsi olan TANAP enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Xatırladım ki, 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP – Trans-Anadolu qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirildi TANAP-ın açılışında bir sıra dövlətlərin hökumət və dövlət rəhbərləri iştirak və çıxış etdilər.  TANAP-ın istismara verilməsini Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürü, Türkiyə ilə Azərbaycanın növbəti zəfəri kimi qiymətləndirən Azərbaycan prezidenti bildirdi ki,  TANAP tarixi layihədir:

“Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur…”

1488451229_ziyad-s-str-7-8

Qeyd edim ki, TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün  də gözəl imkanlar yaradır, çünki TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Bütövlükdə CDQ-nin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir.

“Star”-Azərbaycan-Türkiyə dostluğuna növbəti töhfə

Bu yerdə onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığının möhkəmləndirilməsi, eyni zamanda, enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində ən mühüm töhfələr arasında “Star” neft emalı zavodu da var.  Bu, Azərbaycan-Türkiyə dostluğunun növbəti təzahürüdür.  Qeyd edim ki, 2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak etdilər. Mərasimdə də qeyd olunduğu kimi,  “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb.

Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

Bütün bunları təfsilatı ilə qeyd vetməkdə məqsədim odur ki, 25-ci ili tamam olan tarixi  “Əsrin müqaviləsi” nəticəsində məhz bu uğurlara və nailiyyətlərə nail olmaq, bölgənin və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm aktorlardan birinə çevrilmək mümkün oldu. 1993-cü ildə, o ağır, məşəqqətli günlərdə ulu öndər ikinci dəfə hakimiyyətə gəlməsəydi və 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycanın taleyi çox müəmmalı olacaqdı. Bəlkə də Azərbaycanın ikinci müstəqilliyi sözdə, quru kağız üzərində qalacaqdı. Ancaq Heydər Əliyevin hakimiyyətə qayıdışı, 1994-cü ilin sentyabrın 20-də tarixi “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan müstəqilliyinin, bugünkü uğurlarının, dinamik inkişafının əsası qoyulmuş oldu. Çox əlamətdar və sevindirici haldır ki, ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə də əsası Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətçilik kursu, tarixi neft strategiyası uğurla bir-bir öz hədəflərinə çatmış oldu. “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, CDQ, TANAP kimi layihələr xəyallardan, arzulardan gerçəkiliyə çevrildi, yaxın zamanlarda da bir  nəhəng layihə – TAP reallığıa çevriləcək, işə düşəcək və Azərbaycanın müstəqil dövlət kimi inkişafında,  dünyanın enerji təhlükəsizliyinin təminatında əvəzsiz töhfə verəcək.

Odur ki, “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü ilə bağlı ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, müstəqil dövlətçilik və inkişaf yolunda növbə uğurlar, zəfərlər arzulayıram!

Müsahibəni apardı:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

YÜZ ƏSRƏ TAPILMAYAN – Akademik yazdı

Read Next

ABŞ-da növbəti qanlı insident – 1 NƏFƏRİN ÖLDÜYÜ, 6 NƏFƏRİN YARALANDIĞI BİLDİRİLİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir