Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Azərbaycanda tarixi adidələrin də pasportlaşdırılmasına çox ciddi ehtiyac var. Bu məsələ mütləq həllini tapmalıdır. Yoxsa, ermənilər bizim işğal olunmuş ərazilərimizdəki tarixi abidələrimizi dünyaya, beynəlxalq ictimaiyyətə özlərininki , onlara məxsus tarixi abidələr kimi təqdim etməkdə, öz mundarlıqlarını sürdürməkdə davam edəcəklər“.
Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev “Turizm haqqında” yeni qanun layihəsi ilə bağlı mövqeyini bildirərkən deyib.
O, qeyd edib ki, bu məsələ ilə bağlı fikirlərini adıçəkilən komitənin sentyabrın 16-da keçirilən iclasında- “Turizm haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı da dilə gətirib.
“Mən bu fikirlərimi orada da bildirdidim və təkrar olaraq bir daha bildirmək istəyirəm ki, tarixi abidələrimizin pasportlaşdırılması çox vacib məsələdir. Xüsusən də, ermənilərlə ideoloji savaşda bu məsələ çox ciddi önəm kəsb edir. Fikir versəniz görərsiniz ki, ermənilər, erməni vandalları işğal etdikləri ərazilərimizdə bütün milli-dini abidələrimizi, məscidlərimizi, qəbiristanlıqlarımızı məhv yerlə-yeksan ediblər, amma harada ki, tarixi adidə-qala, qəsr, körpü və sair varsa, ona toxunmayıblar, üzərinə bir erməni xaçı taxıb dünyaya təqdim, nümayiş ediblər ki, bu, bizim tarixi abidələrimizdir, biz belə qədim xalqıq-filanıq və sair. Amma dediyim kimi, əslində isə belə deyil, həmin tarixi abidələr minilliklərdir bizə məxsusdur, bizim tarixi abidələrimizdir və onları da qorumalıyıq, ən azı fotolarını paylaşmalıyqı ki, dünya həqiqətin necə olduğunu bilsin, görsün. Ona görə də istər işğal olunmuş ərazilərimiz olsun, istərsə də digər ərazilərimiz olsun, hansıdaki tarixi abidələr var, onları pasportlaşdırmalı və dünyaya təqdim etməliyik. Eyni zamanda, müvafiq qanunvericilikdə, o cümlədən, “Turizm haqqında” qanunda da bu məsələ daha geniş əksini tapmalıdır“-deyə, R. Əliyev daha sonra sözlərinə əlavə edib.
Etikxeber.az