Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
O tarixi anlardan düz 33 il keçir…
33 il öncə Azərbaycan tarixində ikinci dəfə müstəqillik qazandı, 1991-ci ilin avqust ayının 30-da keçmiş Ali Sovet Müstəqillik Bəyannanəsini, cəmi bir ay 18 gün sonra isə Dövlət Müstəqilliyi Konstitusiya Atkını qəbul etdi.
18 oktyabr tarixi Azərbaycan xalqının tarixinə, təqvimimizə Müstəqillik Günü, Müstəqilliyin Bərpası Günü kimi düşdü.
Tarixdə ikinci dəfə müstəqillik əldə etməyimzdə isə Ulu öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, o zamankı xalq hərəkatına böyük dəstək vermiş Heydər Əliyevin xidmətləri böyükdür və misilsizdir.
Əslində müstəqilliyimiz daha çox Ulu Öndərin adı ilə bağlıdır.
Çünki 1991-93-cü illərdə müstəqilliyimiz bir növ formal xarakter daşıyırdı, hakimiyyət başında olan, bir-birini əvəzləyən iqtidarların səbatsızlığı, səriştəsizliyi ücbatından müstəqilliyimizi itirmək təhlükəsi qarşısındaydıq.
Məhz 1993-cü ilin uyun hadisələri zamanı Azərbaycan xalqının təkidli, israrlı tələbləri nəticəsində ikinci dəfə hakimiyyətə gələn Ulu öndərin qətiyyətli, müdrik addımları sayəsində Azərbaycanımızın ikinci müstəqilliyini itirmək, ölkəmizin dağılmaq, parçalanmaq, banan respublikalarından biri çevrilmək təhlükəsi aradan qaldırıldı.
Heydər Əliyevin hakimiyyət başına gəlməsi ilə Azərbaycanda hökm sürən dərəbəyliyə, özbaşınalığa, hərc-mərcliyə, xaos və anarxiyaya, döyüş meydanında ardıcıl yaşanan uğursuzluğa son qoyuldu, müstəqilliyimiz möhkəm təməllər üzərində öz relsinə qaytarıldı.
Qısa müddətdə ordu quruculuğna başlandı, tarixi “Əsrin müqaviləsi” imzalandı, dövlət çevrilişi cəhdlərinin birmənalı şəkildə qarşısı alındı, 1995-ci ilin noyabrında ilk Konstitusiyamız qəbul edildi, demokratik, azad, ədalətli, şəffaf seçkilər nəticəsində ilk Milli Məclis formalaşdı, inqilabi əhəmiyyət daşıyan torpaq islahatı həyata keçirildi.
Azərbaycan regionların ölgün siması dəyişməyə, gözəlləşməyə başladı.
Azərbaycan qətiyyətli şəkildə öz imzasını imzalar içinə atdı.
2003-cü ildə isə hakimiyyət estafetini qəbul edən indiki dövlət başçımız, Müzəffər Ali Baş Komandanımız, ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu 21 illik hakimiyyəti dönəmində Heydər Əliyev siyasətinə, siyasi kursuna sadiqlik nümayiş etdirildi.
İlham Əliyevin hakimiyyətə gəlməsindən az sonra regionların sosial-iqtisadi inkişafı haqqında tarixi əhəmiyyətli ilk Dövlət Proqramı qəbul edildi və son 20 il ərzində bu istiqamətdə ümumilikdə dörd Dövlət Proqramının icrası gerçəkləşdirildi.
Bu proqramların icrası nəticəsində Azərbaycan regionlarının siması bütünlüklə, büsbütün dəyişdi, rayonlarla, kəndlərlə, qəsəbələrlə iri şəhərlər, sənaye mərkəzləri arasında fərq aradan qaldırıldı.
Yüz minlərlə iş yerləri yaradıldı, Azərbaycan insanının sosial-rifah halı yaxşılaşmağa başladı.
“Bakı-Ceyhan-Tbilisi”, Bakı-Tbilisi-Ərzurum”, TAP, TANAP, “Bakı-Tblisi-Qars” layihələri gerçəkləşdirildi, günümüzün reallığına çevrildi, tarixi ikinci “Əsrin müqaviləsi” imzalandı, həyata vəsiqə aldı.
Ötən müddətdə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri oldu, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq qurum olan Qoşulmama Hərəkatına daxil oldu.
Üzv olmaqla kifayətləmədi, bu quruma ev sahibliyi, sədrlik etdi.
Bu qurumun ən fəal üzvü kimi 2020-ci ildə dünyanı cənginə alanı, dünyanı lərzəyə salan koronavirus bəlasının qarşısının alınması üçün bir çox təşkilatlara və dövlətlərə öz təmənnasız yardımını etdi, növbəti nümunə yaratdı.
Beynəlxalq ictimai-siyasi əhəmiyyətli mühüm tədbirlərə, forumlara, idman və musiqi yarışmalarına, ilk Avropa Oyunlarına, dördncü İslamiadaya uğurlu ev sahibliyi etdi.
Xüsusilə, ordu quruculuğu sahəsində böyük addımlar atıldı.
2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı ilə ermənipərəst dairələrə, Ermənistana işğala, təcavüzə hörükləyən dairələrə mesajını, nələrə qadir ola biləcəyini nümayiş etdirdi.
2020-ci ilin İyul-Tovuz hadisələrində işğalçı və təzavüzkar Ermənistana, onun arxasında dayananlara bir daha yerini göstərdi.
2020-ci ilin 27 sentyabrında başlayan İkinci Vətən Müharibəs ilə cəmi 44 gün ərzində qanlı düşməni, işğalçı Ermənistanı, onun havadarlarını qarşısında diz çökdürdü, təslimçilik aktını imzalamağa məcbur etdi.
2022-ci ilin “Qisas” və 2023-cü ilin 23 saatlıq Antiterror əməliyyatları ilə düşmənə sonuncu birdəfəlik, öldürücü zərbəsini vurdu.
Xocalı, Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran da daxil olmaqla, bütün yurd yerlərimiz işğaldan azad olundu, Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi, dağlı-aranlı Qarabağ, vahid Azərbaycan oldu.
2020-ci ilin 10 noyabrından, tarixi Qələbə və Zəfərimizdən az sonra isə işğaldan azad olunmuş ərazilərimizin, Qarabağımızın intibahına, dirçəldilməsinə, yenidən ayağa qaldırılmasına start verildi.
Tarixi Şuşa Memorandumu imzalandı.
Bəli, son 4 ildə Qarabağımızda əsl quruculuq, dirçəliş yaşanmaqdadır.
Açılışların, təməlatmaların artıq say-hesabını itirmişik.
Bəli, bu gün müstəqil Azərbaycan dünyanın Qalib Azərbaycanıdır.
Bəli, bu gün Azərbaycan dünyanın söz sahibləriindən, Qələbələrdən Qələbələrə, Zəfərlərdən Zəfərlərə inamla addımlayan Müzəffər Azərbaycandır.
Bəli, bunlar Heydər Əliyev siyasətini uğurla davam etdirən Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandanın ağıllı, müdrik siyasəti nəticəsində əldə edilən Qələbələr, Zəfərlərdir, İlham Əliyevin şah əsərləridir.
Heydər Əliyevin sözləri desək, Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir!
Eldar İBRAHİMOV,
Milli Məclisin İntizam komissiyasının sədri, professor
Etikxeber.az





