Tarixi yer adlarımıza dair layihə-İCRA EDİLİR

Azərbaycan ordusu işğal altında olan torpaqlarımızı azad etdikdən sonra oradakı tarixi yerlərimiz də öz adlarına qovuşdu.

Ağdərə, Xocavənd, Suqovuşan adları bərpa olundu. Lakin hələ də bunu gözləyən minlərlə toponimlər var.

“İnsan hüquqları üzrə monitorinq və maarifləndirmə mərkəzi” ictimai birliyinin icra etdiyi layihə məhz bu mövzuya həsr edilib. 

Üç ay ərzində icra ediləcək “Erməni təcavüzü ilə üzləşən toponimlərimizin tarixi ilə bağlı təbliğatın aparılması” layihəsinin məqsədi Qərbi Azərbaycan bölgəsindəki ərazilərin tarixi və toponomikasını təbliğ etmək, bu haqda tarixi faktları açıqlamaq, mövcud maddi sübutları ictimaiyyətə çatdırmaq, həmin torpaqların Azərbaycana məxsus olmasını sübut edən dəlillərin tanıdılmasına dair internet TV verilişlərin hazırlanmasından və paylaşılmasından ibarətdir.

Layihə çərçivəsində mövzu ilə bağlı 5  internet TV verilişinin hazırlanması, bu proqramlarda Zəngəzur mahalının tarixi haqqında ətraflı məlumat verilməsi, bu bölgədəki ərazilərin ermənilərə verilməsi haqqında tarixi məlumatların açıqlanması, buradakı yer adlarının türk adları olması haqqında faktların açıqlanması, həmçinin Qərbi Azərbaycanda dəyişdirilmiş türk adlarının, həmçinin Qərbi Azərbaycanda azərbaycanlıların yaşadığı kəndlərdə olan tarixi abidələrin rayonlar üzrə siyahısının təqdim olunması nəzərdə tutulur.

Eyni zamanda, mövzu ilə bağlı media orqanlarında araşdırma yazıların dərci planlaşdırılır.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Etikxeber.az

Read Previous

Əliyevlə Ərdoğan arasında növbəti dəfə-TELEFON DANIŞIĞI OLDU

Read Next

Daha 1979 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir