Tatlısəsə 13 milyonluq veriliş təklif olundu, o isə…

Türkiyənin ünlü sənətçisi- “İmperator” İbrahim Tatlısəsə telekanallardan birindən təklif gəlib.

Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, telekanllardan biri canlı əfsanəyə həmin kanalda  yenidən “İbrahim sow” adlı proqram aparmağı təklif edib.

Bunun müqabilində isə ünlü sənətçiyə nə az-nə çox, düz 13 milyon TL qonorar veriləcəyi vəd edilib.

Yəni, təklifə əsasən ünlü sənətçi 13 dəfə veriliş aparacaq və hər bir veriliş üçün 1 milyon, ümumilikdə isə 13 milyon TL qazanacaq.

Ancaq məlumatlara görə,  İ. Tatlısəs telekanaldan gələn təklifə “yox” cavabı verib.

Etikxeber.az 

Read Previous

“Bu çirkin xəbəri yayan hər kəsə yazıqlar olsun!” – AKTRİSADAN TƏPKİ

Read Next

“Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş gedir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir