Taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək

Ölkədə axıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edilməyəcək.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin noyabrın 28-də keçirilən iclasının müzakirəsinə  “Taxıl haqqında” qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi çıxarılıb.

 

Belə ki, adıçəkilən  qanunun 15-ci (Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti) maddəsindən 15.3.5-ci bəndi çıxarılır. Bu maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanı taxıl məhsullarının keyfiyyəti sahəsində inzibati xətalar haqqında protokol tərtib edir.

Bu qadağanın götürülməsi adıçəkilən komitənin üzvləri tərəfindən müsbət qarşılanıb.

Eyni zamanda, torpaq qanunvericiliyinin pozulmasına görə toplanan cərimələrin bir hissəsi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürüləcək.

Bununla bağlı isə Torpaq Məcəlləsinə dəyişiklik təklif edilir. Yəni, Məcəllənin 45-ci (Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanlar) maddəsinə yeni bənd əlavə edilir. Bu maddəyə əsasən, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. Yeni bəndə əsasən, bu məcəllənin tələblərininpozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 25 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməlidir.

Qısa müzakirələrdən sonra adıçəkilən qanun layihələri MM-in plenar iclasına tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Heyvanların məskunlaşdığı yerlərin özbaşına yandırılması məsuliyyət yaradacaq

Read Next

“525” həm də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir” – HƏBİBBƏYLİ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir