Taxıl sahəsi və meşə zolağı yandı – BU DƏFƏ XAÇMAZDA – FHN MƏLUMAT YAYDI

Fövqəladə Hallar Nazirliyi (FHN )Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən Etikxeber.az-a bildiriblər ki, Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülüb .

Yanğın nəticəsində 50 hektar sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında 2 hektar sahədə kol-kos və ağaclar yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Etikxeber.az

Read Previous

Ermənilərdən növbəti – TƏXRİBAT

Read Next

Əlində qumbara partlayan şəxs intihar etdi – TƏRTƏRDƏ – BİRGƏ MƏLUMAT YAYILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir