Çinin Tayvan adasında qatar qəzası nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
Etikxeber.az-ın xarici mediaya istinadən xəbərinə görə, 171 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
Səkkiz vaqondan ibarət “Puyuma” sürət qatarının 310 sərnişin tutumu olub. Qatarın relsdən çıxması ilə 5 vaqon aşıb.
Hadisə yerinə təcili yardım briqadaları, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Etikxeber.az