Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisdə (MM) yenidən gərginlik yaşanıb.
Etikxeber.az-ın xəbərinə görə, buna tütün məmulatlarından istifadənin məhdudlaşdırılması ilə bağlı qanunun tətbiqi ilə bağlı bəzi qanunlara, o cümlədən, teatrla bağlı qanuna dəyişikliklər səbəb olub.
Qanun layihələrini təqdim edən MM-in Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov xüsusilə, teatrla bağlı məsələdə siqaretin qadağasına etiraz edib.
O, bunu yaradıcılıq azadlığının məhdudlaşdırılması kimi anlaşıldığını bildirib.
“Bu elə bir məsələdir ki, gələcəkdə ona mütləq yenidən qayıdılacaq”.
Həmçinin deyib ki, Hollivudda nümayiş etdirilən filmlərdə hələ də siqaretin çəkilişi qalır.
Komitə sədrinin bu fikirləri spiker Oqtay Əsədov tərəfindən narazılıqla qarşılanıb:
“Sözünüzü kəsmək istəmirdim, amma kəsməli oldum. Üçüncü oxunuşdur. Ancaq elə çıxır ki, yeni qanun layihəsi müzakirə olunur. Hollivudun bura nə dəxli var?”.
Bu da öz növbəsində R. Hüseynov tərəfindən etirazla qarşılanıb:
“Sözümü kəsməyin. İmkan verin qanun layihəsini axıracan təqdim edim. Axı, teater səhnəsində, kinoda Çörçilin, Stalinin, Səməd Vurğunun Əliağa Vahidin siqaretini necə əlindən alacaqsınız? Bir qanunu qəbul edərkən, bir fəaliyyəti genişləndirərkən, digər fəaliyyəti məhdudlaşdlırmaq olmaz. Bu məsələyə onsuz da gələcəkdə mütləq qayıdılacaq”.
Sonra birinci vitse-spiker Ziyafət Əsgərov komitə sədrinin mövqeyi ilə razılaşmadığını bildirib:
“Onda tələbələrinizə dissertasiya mövzusu verin, yazsınlar görək bunun üstünlüyü nədir? Yəni, siqaretin teatra, yaradıcılığa nə dəxli var axı… Hollivuddan danışlıdı, son 2-3 ildə orada bütün filmlərin 95 faizində siqaretin çəkilişinə qadağan qoyulub”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az