Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Jalə Əliyeva ilə Musa Quliyevin fikirləri “toqquşdu”
“Teatr və teatr fəaliyyəti haqqında” qanunda tütün və tütün məmulatlarından istifadəyə görə qadağanın nəzərdə tutulması yenidən müzakirəyə-gərginliyə səbəb olub.
Etikxeber.az-ın xəbərinə görə, belə ki, gərginlik Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sentyabrın 24-də keçirilən iclasında adıçəkilən qanuna dəyişikliyin müzakirəsi zamanı yaşanıb.
Millət vəkili Jalə Əliyeva tütün və tütün məmulatlarının bir çox yaradıcılıq sahələrində qadağan edilməsinin anlaşılan olmadığını bildirib:
“Mən Mədəniyyət komitəsinin iclasında da bu məsələyə toxundum, ancaq qaneedici cavab almadım. Ona görə indi yenidən bu məsələnin aydınlaşdırılmasını istəyirəm. Bəli, filmlərdə bunu hardasa etmək olar. Ammac teatr tamaşalarında və teatr səhnələrində bunu qadağan etmək düzgün deyil. Axı, elə əsər var ki, orada siqater, tütün məlumatı, siqaret çəkən şəxs təsvir olunur. İndi biz kiməsə duruib deyəcəyik ki, teatrda, teatr tamasında siqaret çəkmək olmaz? Bu, həm də yaradıcılığa, yaradıcılıq azadlığına məhdudiyyət qoyulması deməkdir. Biz siqatetlə, tütündən istifadə ilə bağlı mübarizəni alqışlayırıq, bu, lazımdır. Amma bunu yaradıçılığa gətirib çıxarmağın mənasını heç cür anlamaq və qəbul etmək mümkün deyil”.
Millət vəkili bu məsələyə dəqiqlik gətirilməsinin vacibliyini söyləyib.
Adıçəkilən komitənin üzvü Musa Quliyev isə bunun- qadağanın vacib olduğunu bildirib:
“Məsələn, hansısa əsərdə Səməd Vurğunun və ya Çörçilin (burada adları çəkildi deyə deyirəm) siqaret çəkməsi sənhəsinin olduğu kimi göstərilməsi əslində siqaterin təbliği deməkdir. Biz isə siqaretin, tütün məmulatlarının reklam edilməsinin məhdudlaşdırılmasını, qadağan olunmasını istəyirik və qanunumuzda da indi bu məsələnin əksini tapması olduqca vacibdir. Burada yaradıcılıq azadlığına da heç bir məhdudiyyətdən söhbət gedə bilməz”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az