Teatrşünaslarımız Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının konqresində iştirak edir

Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan bölməsinin sədri Məryəm Əlizadə və assosiasiyanın üzvü İsrafil İsrafilov Belqradda işgüzar səfərdədirlər.

Etikxeber.az xəbər verir ki, teatrşünaslar Serbiyanın paytaxtında keçirilən Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının 28-ci konqresində iştirak etmək üçün dəvət alıblar.

Oktyabrın 2-dək davam edəcək beynəlxalq tədbirdə 70-dən çox ölkədən teatrşünaslar iştirak edəcək.

Konqres çərçivəsində dünyanın müxtəlif ölkələrindən dəvət olunmuş teatrşünasların iştirakı ilə “Yenilik və Qlobal Teatr: Kommersiya və Mədəni tələbat arasında mövzusunda” beynəlxalq simpozium da keçiriləcək.

Etikxeber.az

Read Previous

Qənirə Paşayeva da səs verdi

Read Next

Saat 12:00-a qədər 5 267 111 seçicidən 1613 879 nəfər səs verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir