Tehranda Xəzərin hüquqi statusuna dair işçi qrupun iclası keçiriləcək

Oktyabrın 23-24-də Tehranda Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupun 47-ci iclası keçiriləcək.

Etikxeber.az-ın APA-nın Tehran bürosuna istinadən məlumatına görə, iki günlük iclasda İran, Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistandan nümayəndələr iştirak edəcək.

Yığıncaqda Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsindəki məsələlər müzakirə olunacaq. Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanda keçiriləcək sammitinə hazırlıq məsələləri də müzakirə ediləcək.

Qeyd edək ki, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanması üzrə işçi qrupunun 46-cı iclası iyulun 11-12-də Astanada keçirilmişdi.

Etikxeber.az

Read Previous

Əliyev macar həmkarını təbrik etdi

Read Next

Bu xanım-siyasətçiyə görə beynəlxalq müşahidəçilərə xəbərdarlıq olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir