Telejurnalist Səbinə Mehdiyevanın özəl günü-DOĞUM GÜNÜNDƏ MƏCLİS DÜZƏNLƏNDİ, TƏBRİKLƏR, XOŞ DİLƏKLƏR BİR-BİRİNİN ARDINCA DÜZÜLDÜ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Azərbaycan jurnalistikasında (xüsusilə, regional telejurnalistikada) özünəməxsus yeri olan Ucarlı-telejurnalist Səbinə xanım Mehdiyevanın doğum günüdür…

Bu gün növbəti yaşına qədəm qoyur…

Və bu əlamətdar gün münasibətilə Bakı şəhərinin ən gözəl istirahət məkanlarından-şadlıq saraylarından olan “Niqara”da Səbinə xanımın doğum günü məclisi-doğum günü partisi təşkil olunub…

Yenə də həmin ünvan, yenə də həmin məkan…

Saat 19:00-da baş tutan doğum günü məclisinə yenə dostları, yaxınları, sevdikləri, sevənləri, Şəhid ailələri, Qazilər, media mənsubları və digərləri qatılıblar…

Yenə Səbinə xanımı təbrikə gəliblər…

Yenə də onun yanında, gözəl günündədirlər…

Yenə də məclisdə Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, yenə də əzəmətli Dövlət himnimiz səsləndirilir…

Və yenə də çıxışlar, təbriklər, xoş arzular başlayır, bir-birinin ardınca düzülür…

Yenə də Səbinə xanıma sağlıqlı, huzurlu 100 il ömür, ailəsi, tək oğlu ilə birlikdə xoşbəxtlik, səadət, gözəllik arzulanır…

Və yenə də bir-birindən gözəl mahnılar, musiqilər səslənir, gözəl rəqslər ifa olunur…

Gözəl, Səbinə xanımın adına layiq bir gün yaşanır…

Səbinə xanım da öz növbəsində hər kəsə, xüsusilə, Şəhid ailələrinə, Qazilərə minnətdarlığını bildirir…belə bir özəl gündə onu tək buraxmadıqları üçün…

Və təbii ki, sonda Səbinə xanımın özünün iştirakı ilə doğum günü pastası-tortu kəsilir…

Doğum gününüz bir daha mübarək, əziz və dəyərli Səbinə xanım!

21:25

***

FOTOLAR:

22:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əliyev Astanada “ŞƏT plus” formatında keçirilən görüşdə iştirak etmək üçün “Müstəqillik”-SARAYINA GƏLDİ, RƏSMİ ZİYAFƏTƏ VƏ “ŞƏT plus”a QATILDI, ÇIXIŞ ETDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

İlham Əliyev-XOCALI HAVA LİMANINDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir